Ukrayna şam yeməyi, Aİ isə desert olacaq? - “Masada yer almayan menyuda yer alacaq”
10-03-2025 [00:14]
ABŞ-dan Aİ-yə qarşı sayqısızlıq: Marco Rubio Kaja Kallası qəbul etməyib.
Belçikanın Baş naziri Bart De Wever deyir: “Əgər sən (danışıqlar) masası arxasında deyilsənsə, deməli, səni menyuya daxil ediblər”.
Son dərəcə nüfuzlu “politico.eu” saytı belə yazır.
“The EU is doing exactly what Trump wants. He still doesn’t care” (Avropa İttifaqı (Aİ) Trampın istədiyini edir. Onun heç vecinə də deyil) adlı məqalədə TIM ROSS yazır ki, Donald Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün Ukraynanı Vladimir Putinə şam yeməyi kimi təklif edir. O da mümkündür ki, D.Tarmp Aİ-ni də Rusiya prezidentinin qarşısına desert kimi qoysun.
Ona görə də Aİ liderləri güclü adamın ziyafətini pozmağa çalışırlar.
Məqalədə qeyd olunur ki, D.Tramp Aİ-yə belə demişdi: “Əgər (mən deyən pulu) ödəməsələr, mən (ABŞ) onları müdafiə etməyəcəyəm”.
Söhbət ondan gedir ki, D.Tramp hər bir NATO ölkəsinin Ümumi daxili məhsulun 5 faizi həcmində hərbi xərclərə pul ayırmasını tələb edirdi. Aİ bu tələbə məhəl qoymurdu. 2, uzağı 3 faizlə bu işi bitirmək istəyirdilər. İndi isə Aİ menyuda yox, məhz masa arxasında yer almaq üçün 800 milyard avrodan keçməyə hazırdır. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib ki, Avropanın yenidən silahlanmasına 650 milyard, Ukraynaya isə 150 milyard avro ayrılacaq. Faktiki olaraq Aİ Amerika prezidentinin göstərişini yerinə yetirir.
Sayt yazır ki, Aİ rəhbərliyi martın 21-22-də Brüsseldə yenidən bir araya gələcəklər. Detalları üzərində iş gedən Aİ-nin müdafiə planı güclü və təhlükəsiz Avropanı yeni bir simada ortaya çıxaracaq.
Hazırda Aİ “Ukraynasız Ukrayna üzrə danışıqlar aparıla bilməz”, “Avropanın iştirakı olmadan Avropanın təhlükəsizliyinə təsir edən heç bir danışıqlar ola bilməz” deyərək öz mövqeyini ortaya qoyur. Aİ-nin D.Trampa vermək istədiyi əsas mesaj budur ki, Ukraynanın, Avropanın, transatlantik və qlobal təhlükəsizlik bir-birinə bağlıdır.
“Politico.eu” saytı yazır ki, Aİ-nin ən yüksək ranqlı diplomatlarından olan xanım Kaja Kallas bu mesajı şəxsən çatdırmaq üçün Vaşinqtona getmişdi. Ancaq ABŞ-ın dövlət katibi Marco Rubio onu qəbul etmədi.
Bu arada isə cənab Zelenski ABŞ-la sülh planını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gedəcəyini bildirib. D.Trampın özü də Ər-Riyada uçacaq. O deyir ki, Ukraynanın indi razılaşma əldə etmək istədiyinə inanır.
Aİ-yə bağlı olan sayt yazır ki, Aİ-nin Səudiyyədə keçiriləcək tədbirə dəvət olunma şansı faktiki olaraq yoxdur.
Böyük Britaniyanın baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun göndərməklə vəziyyətdən çıxmağa çalışırlar. Britaniyanın Baş naziri deyib ki, 20-yə yaxın ölkə Avropanın Ukraynaya göndərəcəyi sülhməramlı missiyasına qoşulmaq fikrindədir.
Sayt qeyd edir ki, Aİ-da Macarıstanın tutduğu mövqe ölkələrin ortaq məxrəcə gəlməsinə əngəl yaradır.
Məqalənin sonunda isə deyilir ki, Aİ-nin ən yüksək ranqlı diplomatı Kaja Kallasın Marco Rubio tərəfindən qəbul olunmaması ciddi suallar yaradır. Məsələn, ümumiyyətlə, D.Tramp Aİ-yə kömək edəcəkmi, kimi bir suala hələki birmənalı cavab yoxdur.
Elbəyi Həsənli. Sürix
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb