Hikmət Hacıyev: "Bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlər üçün mühüm presedent olacaq"
08-03-2025 [09:35]
"Ermənistan Azərbaycanda hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə prosesi əleyhinə təbliğat aparır".
Mia.az xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, proses Ermənistanın siyasi rəhbərliyində ciddi narahatlıq yaradır və onu məhkəmə prosesinə qarşı yeni təbliğat kampaniyasına başlamağa, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə sövq edir: "Ümid edilir ki, Ermənistan digər beynəlxalq-hüquqi öhdəliklərlə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olaraq bu kontekstdə törədilmiş təcavüz aktları, hərbi və digər ağır cinayətlərə görə məsuliyyətini tanıyacaq".
H.Hacıyevin sözlərinə görə, məhkəmə prosesinə qarşı lazımsız təbliğat aparmaq əvəzinə, Ermənistan hökuməti keçid dövrü ədalətinin bərpasına və regionda dayanıqlı sülhün bərqərar olunmasına töhfə vermək üçün Azərbaycanla əməkdaşlıq etməlidir: "Sülhə və Azərbaycanla yeni münasibətlərə səmimi can atma digər məsələlərlə yanaşı, Ermənistanın öz məsuliyyətini tanımağa və hərbi cinayətlərdə ittiham olunanları, xüsusilə hazırda Ermənistan ərazisində gizlənənləri təhvil verməyə hazır olması ilə nümayiş etdirilərdi. Əgər Ermənistan öz cinayətlərinin zamanla unudulacağını düşünürsə, ciddi şəkildə yanılır".
Prezidentin köməkçisi Ermənistanın siyasi rəhbərliyinə, məhkəmə orqanlarına və beynəlxalq tərəfdaşlarına BMT Baş Assambleyasının və BMT Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılmış, 2019-cu ildə dərc edilmiş "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində hərbi cinayətlər və Ermənistan Respublikasının məsuliyyəti haqqında Hesabat" ilə tanış olmağı təklif edib: "Azərbaycan Ermənistanın hərbi təcavüzünə hərbi-siyasi vasitələrlə uğurla son qoyduğu kimi, bu gün təcavüzün günahsız qurbanlarının hüquqlarının təmin edilməsi, ədalətin bərqərar olması və hərbi təcavüzdə, insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə ittiham olunan şəxslərin və dövlətin məsuliyyətə cəlb edilməsi üzrə unikal məhkəmə təcrübəsi nümayiş etdirir".
H.Hacıyev qeyd edib ki, bu məhkəmə təcrübəsi gələcək hərbi təcavüzlərin, hərbi cinayətlərin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınmasında beynəlxalq ictimaiyyət üçün mühüm presedent olacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)