"MedEra" hospitalının uzman həkimi imtahanda keçid balını toplaya bilməyib - Peşə tanınması hansı hallarda verilir?
06-03-2025 [19:13]
Musa Kılıç "MedEra" hospitalında çalışan uzman fizioterapevt-reabilitoloqdur.
Mia.az-ın APA-ya istinadla məluatına gorə, o, 2018-ci ildən Bakıda fəaliyyət göstərir. Bioqrafiyasında qeyd olunub ki, 2008-2016-cı illərdə Tiflis Dövlət Tibb Fakültəsində bakalavr, magistr, doktorantura pillələri üzrə təhsil alıb.
Musa Kılıçın diplomunun saxta olması ilə bağlı iddialar
Bir müddət əvvəl sosial şəbəkədə Musa Kılıçın diplomunun saxta olması ilə bağlı xəbərlər yayılıb. Qeyd olunub ki, Gürcüstan universitetində təhsil alan həkimin xarici dil bilikləri sual altındadır və onun diplomları saxtadır. Bu xəbərlərdən sonra Musa Kılıç öz sosial hesabında təhsil səviyyəsi barədə paylaşım edib. Paylaşımda bildirib ki, ona Səhiyyə Nazirliyi tərəfindən həkim sertifaktı təqdim edilib.
Peşə ixtisasının tanınması və imtahan nəticəsi
Türkiyə Respublikası vətəndaşı uzman fizioterapevt Musa Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunub, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə edib və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub.
Bu barədə APA-ya Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
TKTA-nın rəsmi açıqlaması
"Martın 2-i sosial mediada Türkiyə Respublikası vətəndaşı Musa Kılıçın bakalavriat səviyyəsi üzrə Tbilisi Dövlət Tibb Universitetindən əldə etdiyi diplomun saxta olduğuna dair məlumat paylaşılıb və müvafiq qurum tərəfindən adıkeçən şəxsin kvalifikasiyasının tanınmadığına dair fərziyyə irəli sürülüb. Xarici kvalifikasiyaların tanınması üzrə məsul qurum olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) qeyd olunan məqamı aydınlaşdırmaq zərurəti yaranıb. Qeyd etmək istərdik ki, M.Kılıc “Fizioterapiya və tibbi reabilitasiya” ixtisası üzrə əldə etdiyi dövlət nümunəli (həqiqi) ali təhsil sənədi ilə xarici kvalifikasiyasının tanınması üçün TKTA-ya müraciət edib. M.Kılıçın müraciəti üzrə icraat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli, 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən aparılıb. M.Kılıç peşə ixtisasının tanınması üçün Səhiyyə Nazirliyində keçirilmiş imtahana dəvət olunmuş, imtahanda müvafiq keçid balını toplaya bilmədiyi üçün uğursuz nəticə əldə etmiş və ona TKTA tərəfindən yalnız akademik tanınma şəhadətnaməsi təqdim olunub. Sözügedən şəhadətnamədə də qeyd olunduğu kimi akademik tanınma ərizəçiyə yalnız Azərbaycan Respublikası ərazisində təhsilin növbəti pilləsi (səviyyəsi) üzrə təhsilini davam etdirmək hüququ verir”, - açıqlamada qeyd olunub.
Akademik tanınma və onun hüquqi əhəmiyyəti
Bildirilib ki, qaydalara əsasən, xarici kvalifikasiya əldə etmiş şəxslərin Azərbaycan Respublikası ərazisində təhsilin növbəti səviyyəsinə qəbul olunmaq, həmçinin peşə fəaliyyəti ilə məşğul olmaq hüququ əldə edə bilməsi üçün müvafiq kvalifikasiyanın TKTA tərəfindən tanınması şərt olaraq qanunvericilikdə təsbit olunub.
Tənzimlənən ixtisaslar üzrə peşə tanınması
Əlavə olaraq qeyd etmək istərdik ki, tənzimlənən ixtisaslar kateqoriyasına aid olan müəllimlik, mühəndislik, hüquq, tibb və səhiyyə ixtisasları üzrə xarici kvalifikasiyaların peşə tanınması TKTA-nın sifarişi ilə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (müəllimlik, mühəndislik, hüquq ixtisasları) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi (tibb və səhiyyə ixtisasları) tərəfindən keçirilən imtahanlarda uğurlu nəticə göstərildiyi təqdirdə verilir.
Digər tərəfdən, akademik şəhadətnamə əldə etmiş ərizəçi tam (akademik və peşə) tanınma əldə etmək istədikdə, TKTA-ya elektron qaydada təkrar müraciət edərək Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş məbləğdə xidmət haqqını ödəməklə təşkil olunan peşə tanınması imtahanında iştirak edir və müvafiq keçid balını topladığı təqdirdə tam tanınma əldə etmiş olur.
Məlumat üçün bildiririk ki, müraciətçilərə təqdim edilmiş şəhadətnamələrin həqiqiliyi https://edu.gov.az/az/yoxla keçidi vasitəsilə yoxlanıla bilər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)