50 yaşlı Ceyhun Musaoğlu: "Çox bilmək bəzən narahatlıq yaşadır" - MÜSAHİBƏ
06-03-2025 [09:56]
Mia.az Bakipost.az saytının 50 yaşını tamamlayan jurnalist, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu ilə müsahibəni təqdim edir:
- Ceyhun bəy, 50-ni tamamlamaq çox çətin oldu, yoxsa necə gəlib çatdığını heç hiss etmədiz?
- 50 ilin hər dəqiqəsini hiss etdim. Ömrümün bu günə qədər olan günləri insanın yaşaya biləcəyi bütün yaşam mərhələləri arasında bölünüb. Yaşamadığım mərhələ yoxdur desəm, inanın. Həm də ona görə inanın ki, yalan danışmağı bacarmıram. Nitşe demiş: Elə bir həyat yaşadım ki, cənnəti də gördüm, cəhənnəmi də, elə bir eşq yaşadım ki, tutqunu da gördüm, məmnunluğu da…
- Ceyhun Musaoğlu builki doğum gününü tam fərqli ortamda qeyd edir, bir növ məmur kimi. Jurnalistikanın fəhləsi, sözün qulu olmaq daha asandır, yoxsa başqa birinin sözünü demək, sözçülük etmək?

- Mənim üçün dünyanın ən gözəl peşəsi jurnalistikadır. 30 ildir jurnalistəm. Birinci sinifdə oxuyandan mənə jurnalist Ceyhun deyirlər. Düşünürəm ki, hər bir peşə sahibi öncə xaraktercə o peşənin məziyyətlərinə uyğun olmalıdır. Özümü məhz xaraktercə jurnalist hesab edirəm. Hazırda hüquqi cəhətdən məmuram, amma mənəvi və peşə cəhətdən jurnalistəm. Hazırda çalışdığım qurumun rəhbərliyinə də çox minnətdaram ki, Yunus Əmrə demiş, rəhbərliyim “bir mən vardır, məndə məndən içəridə” gerçəyini qəbul etdilər. Onların mənə inamı daxilimdəki mənə imkan verdi ki, jurnalistikanı məmurluqla birləşdirə, vahid əqidəyə, vahid amala, dövlətimə və ictimaiyyətimə qulluq göstərməyə sövq edə bilim.
- Etiraf edək ki, çalışdığınız qurum daha çox problemlər yaşanan sahədir. Buna görə siz də çox tənqid olundunuz ilk başlanğıcda, verdiyiniz hər açıqlamada hansısa məqam jurnalistlərin tənqid hədəfinə tuş gəlirdi. Əvvəllər siz də eyni aqressiyanı göstərirdiniz onlara qarşı, ancaq sonda bir növ ağ bayraq qaldırdınız. İndi necədir vəziyyət? Bu postda olduğunuza görə peşman deyilsiniz?
- Ağ bayraq? Adam öz Vətənində, öz cəmiyyətində, öz vətandaşları, həmkarları, əzizləri arasında ağ bayraq qaldırmaz. Hər şey əvvəl də yüksək səviyyədə idi, indi də, sonra da belə olacaq. Təvəzökarlıqdan uzaq olmasaydı deyərdim, jurnalistikanın bütün sirlərini bilirəm, bütün şərtlərinə əməl etməyi bacarıram və müxtəlif peşə sahiblərinə də peşələrini belə dəyərləndirməyi, belə sevməyi tövsiyə edirəm. Çox bilmək bəzən narahatlıq yaşadır. Başqalarının da eyni qədər bilməsini istəyirsən ki, ahəng yaransın. Hazırda ahəng qanununa uyğun davranıram, uyğun yaşayıram. Belə yaşamaq gözəldir. Belə işləmək nəticəlidir.
- Onu da etiraf edək ki, sizdən əvvəl “Azərsu”yun mətbuat xidməti Anar bəy kommunikasiyanı, media ilə əlaqələri çox yaxşı şəkildə qurmuşdu. Nəinki jurnalistlər, hətta sıravi vətəndaşlar da, gecə saatlarında olsa belə, Anar bəyə yığıb problemi bildirirdi və həllinə nail olurdu. Siz bu prosesi necə tənzimləyirsiz? Əlçatan mətbuat katibisiz?
- Əziz həmkarım Anar bəyin fəaliyyətini təriflədiyinizə görə çox sevindim. Həmkarlarım barədə xoş söz eşidəndə qanadlanıram. Elə bu qanadlarımla da mənə edilən müraciətləri, istəkləri havadaca yerinə yetirirəm və bundan zövq alıram. Bizim işimizdə gecə və gündüz saatı yoxdur. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə tabe olan bütün qurumlar, o cümlədən mətbuat katibi olduğum İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti 24 saat fasiləsiz iş rejimində fəaliyyət göstərir.
- Bu günlərdə sizin qurumda daha bir mətbuat katibliyi yarandı, Xanlar Mehdiyevin vəzifəsini nəzərdə tuturam. Bu xəbər birmənalı qarşılanmadı, sanki hansısa şöbəyə ayrıca mətbuat katibi təyin olundu. Bəlkə ADSEA ƏƏSMN kimi böyük bir quruma çevrilir? Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirik.
- Bu təyinatda birmənalı olmayan heç nə yoxdur. Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti ADSEA-nın tərkibində olan beş publik hüquqi şəxsdən biridir. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti də publik hüquqi şəxsdir və mətbuat katibi postu var. Həmkarım Xanlar bəyə də yeni işində uğurlar arzulayıram və birlikdə ADSEA-nın fəaliyyətinin daha səmərəli olmasına çalışacağımızdan məmnunluq duyuram.

- İşdən çox sual oldu, bir qədər də özünüzdən danışaq. 50 yaş həyatınızda başqa bir dəyişikliklə də yadda qaldı, deyərdik. Bu il qayınata oldunuz, bircə balanızı, qızınızı nişanladınız. Bu, necə bir hissdir, məsuliyyətdir?
- Hələlik qayınata olmamışam. Gənclərin ailə qurmasının ilkin proseduru həyata keçib. Başqa tərəfdən isə kürəkən, qayınata anlamı bir az məndən uzaqdır. Övladımın həyat yoldaşı mənim də övladım qədər övladımdır. Qız atası olmaq nə vaxtsa onu başqa bir evə köçürəcəyin üçün ağır hissdir. Hələ də o hissin ağırlığını daşıyıram. Mən qızıma təkcə ata yox, həm də qardaşam, bacıyam, dostam, qrup yoldaşı, iş yoldaşıyam. Ağırdır ona görə ki, bəyimiz bu vəzifələri daşıya biləcəkmi? Əslində başqa yol da yoxdur, daşımalıdır. Xoşbəxtlik bir-birinə qayğı göstərməyi bacarmaqdır. Qayğı sevgidən ucadır. Arzum budur ki, bütün insanlar bir-birinə səmimi qəlbdən qayğı göstərsinlər. Mən abonentlərimizə qayğı göstərməyi bacarıram və bu bacarığımdan zövq alıram. Əminəm ki, kainata göndərdiyim bu davranış ümumdünya cazibə qüvvəsinə uyğun olaraq əzizlərimi də gəlib tapacaq.
- Bundan sonrakı arzularınız? Başqa şəxs kimi Ceyhun Musaoğluna nələri arzu edərdiniz, necə təbrik elədiniz?
- Ən böyük arzuna çatmısan, Ceyhun. Qarabağ, Şuşa, sənin dogma yurdun Zəngilan işğaldan əbədi azad olunub. Onsuz da şəxsi arzun yoxdur, bütün arzuların ölkənlə, xalqınla bağlıdır. Qalib ölkən, xoşbəxt xalqın var. Arzu edirəm ki, xoşbəxtliyin bu uca zirvəsini həmişə qorumağı bacarasan, qalib Azərbaycanın o zirvədə qalmasına bütün elliklə birgə nail olasan.
Rumiyyə MİRASLAN
MİA.AZ-ın kollektivi də istedadlı jurnalist, vətəninə, dövlətinə bağlı səmimi dost Ceyhun Musaoğlunu təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayır!
***
Ceyhun Musaoğlunun uşaqlıq fotoları:





“Turan” əhəmiyyətli 1 xal qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub