Prezident İlham Əliyevin Ankaraya səfəri... - TƏHLİL
05-03-2025 [17:04]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.
Prezidentin indiki məqamda Türkiyəyə səfəri diqqət çəkir. Səfəri zəruri edən bəlli məsələlər olduğu kimi, perspektivdə müzakirə ediləcək mövzular da var.
Səfərin əsas məqsədi, şübhəsiz, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır. Bu qaz kəməri həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət daşıyır. Xüsusən Naxçıvanın enerji təhlükəsizliyi baxımdan Azərbaycan üçün strateji önəmə sahibdir.
Məlum olduğu kimi, Naxçıvana qaz İran üzərindən ötürülür. Lakin son illərdə Tehran-Bakı münasibətlərində gərginlik, etimad mühitinin zədələnməsi bu məsələni Bakı üçün prioritet halına gətirdi. Münasibətlərdə normallaşma olsa da, Bakı Tehranın gələcəkdə Naxçıvan üzərindən ehtimal təzyiqlərin qarşısını almaq istəyir. Buna görə də daha təhlükəsiz qaz xəttinin əsasını qoydu.
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, gələcəkdə Bakı və Ankaranın Avropanın enerji təminatında mühüm rola malik olmasına kömək edəcək. Məsələn, Kərkük və Mosul qaz xətləri də gələcəkdə İğdır-Naxçıvan təbii qaz kəmərinə, oradan isə TANAP layihəsinə qoşula bilər. Beləlikə, Avropaya nəql olunacaq qazın həcmi də arta bilər.
Ölkə başçısının Türkiyə səfəri həm də regional və geosiyasi baxımdan diqqət çəkir. Məlum olduğu kimi, son zamanlar hər iki sferada ciddi yeniliklər var. Məsələn, Bakı-Moskva arasında soyuqluq bunun əksi olaraq Tehran-Bakı arasında müşahidə edilən yaxınlıq Azərbaycan və Türkiyənin atacağı addımlar, liderlər arasında müzakirə edilə biləcək məsələlərdəndir.
Xüsusilə dəyişən dünya nizamı, geosiyasi vəziyyət və buna uyğun olaraq Türkiyə və Azərbaycanın perspektivdə atacağı ortaq addımların müzakirəsinə ehtiyac var.
Misal üçün İğdır-Naxçıvan Təbii Qaz Kəmərindən başqa, Türkiyə-Ermənistan sərhəd məntəqəsində görülən işlər və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri yekunlaşıb. Hər iki açılış üçün yeganə maneə İrəvandır. Xüsusilə Ermənistanın Zəngəzur dəhlizinin açılmasında yaratdığı süni maneələr, habelə alternativ təkliflər prosesi uzada biləcək mahiyyətdədir.
Azərbaycan dəhlizin açılmasında israrlıdır. Bu məsələ Ankaranın da diqqət mərkəzindədir. Bakı və Ankara məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Danışıqlar yolu uğursuz olarsa, təzyiq variantına əl atıla bilər.
Turan Rzayev
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb