AMİP liderinin köməkçisi: "Ünvanlı sosial yardımların şərtləri dəyişilməlidir, Aliment Fondunun yaradılmasına gəldikdə isə..."
05-03-2025 [12:04]
Milli Məclisin İnsan hüquqları komitəsinin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsində boşanmalarla bağlı Aliment Fondunun yaradılmasının saxta boşanmaları gücləndirəcəyi ahqda deputatların maraqlı çıxışları olub.
Cəmiyyətdə müzakirələrə yol açan bu və ya digər fikirlərlə bağlı Mia.az-a açıqlama verən AMİP liderinin köməkçisi Əli Orucov qeyd edib ki, ailə münasibətlərinə və boşanma hallarına konseptual yanaşılmalıdır:
“Ailə təkcə sosial deyil, strateji, hətta dövlətin gələcəyi üçün vacib institutdur. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində ailənin nə qədər önəm daşıdığı təsbit edilmiş və cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsində olması göstərilib. Adətən kiçik dövlət modeli kimi götürlən ailənin dayanıqlı və möhkəm olması üçün bir sıra şərtlər lazımdır ki, laxlanmalar, dağılmalar baş verməsin, yaxud da bu çox az olsun.
Azərbaycan kimi mühafizəkar cəmiyyətlərdə ailə dəyərləri daha çox adət-ənənələrinə, söykənsə də, müasirləşmə bu ənənəni sıxışdırmaqdadır. Xarici yad təsirlər, TV-lərdə nümayiş etdirilən filimlər, yaxud tok-şoular, bir sıra açıq-saçıq verilişlər ailə institutuna dağıdıcı təsir göstərməkdədir. Ailələrin dağılmasının və boşanmaların statistikasının günü-gündən artması həm də sosial problemlər və maddi sıxıntılarla bağlıdır. Evin dolanışığını və ailənin saxlanılmasını təmin edə bilməyən ər-arvad nəticədə prsixoloji gərginlik içərsində olur və bu qarşılıqlı suçlamalara, ailədaxili münaqişələrədək gedib çıxır. Təəssüflər olsun ki, dövlət də Konstitusiya ilə üzərinə götürdüyü öhdəlikdən boyun qaçıraraq ailəyə himayəçilik etmir, onun yükünü azaltmağa dəstək göstərmir, hər şeyi valideynlərinin boynuna qoyur".
“İlk növbədə ailənin dağılmasının və boşanmaların artmasına səbəb olan amilləri aradan qaldırılmasına çalışılmalıdır ki, bu tendensiya artan xətlə getməsin”, -deyən Əli Orucovun fikrincə, dövlət bunun üçün bəzi təxirəsalınmaz tədbirlər həyata keçirməlidir: "Aztəmainatlı ailələrə qayğı artırılmalı, verilən ünvanlı sosial yardımların şərtləri dəyişdirilməlidir. Heç bir yerdə rəsmi əmək müqaviləsi olmayan, lakin günamuzd, yaxud gəliri qeyri-sabit olan ailələrə də ünvanlı sosial yardımların ayrılması mexanizmləri yaradılmalıdır. Həmçinin uşaqpulu verilməlidir. Çoxuşaqlı ailələrin məktəblərdə oxuyan övladları geyimlə, məktəb ləvazimatları ilə təmin olunmalı, yaxud maddi yardımlar edilməlidir. Sovet təhsil sistemində bu təcrübədən istifadə olunurdu. TV-lərdə maarifləndirici və həvəsləndirici verlişlərə yer ayrılmalıdır. Biz həmişə olduğu kimi problemin səbəbini deyil, nəticəni müzakirə edib, ondan çıxış yolları axtarırıq”.
Təklif olunan Aliment Fondunun vacibliyinə toxunan partiya funksioneri hesab edir ki, bu variantlardan biri kimi nəzərdən keçirilə bilər: "Ancaq Azərbaycan reallıqlarını nəzərə alaraq fondun şəffaflığı və hesabatlılığı, həmçinin işləmə mexanizmi barədə suallar qaranlıq qalır. Millət Vəkili Z.Orucun bu barədə çıxşında həqiqət var, heç kim təminat verə bilməz ki, burda da hansısa sui-istifadə hallarına yol verilməyəcək. Məncə, paralel olaraq valideynlərin ailment öhdəlikləri barədə qanunvericilikdə bir qədər sərtləşməyə və konkretliyə ehtiyac var. Deputat Razi Nurullayev bildirir ki, aliment qadınlara boşanmaq üçün stimul verir. Bu yanaşma bəsit yanaşmadır. Hazırda bir uşağa yetkinlik yaşına çatmasınadək qanunvericiliklə daimi iş yeri olmayan valideynlərdən 246 manat sabit pul məbləğındə aliment tutulması nəzərdə tutulur. Bu məbləğlə uşaq saxlamağın nə qədər çətin olduğunu Razi bəy yəqin ki, bilməmiş deyil. Ən acınacaqlısı odur ki, valideynlərin çoxu heç həmin məbləği də ödəmirlər. Valideynlik borcunun həyata keçirilməsindən bilərəkdən yayınanlar da var. Boşanmalar zamanı əksərən uşaqlar ananın yanında qalır və uşaqlarını onlar təkbaşına böyütmək məcburiyyəti ilə üzləşirlər. Aliment barədə məhkəmələrin dövlət adından çıxardığı qətnamələrin böyük hissəsi Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası şöbələrində qalaqlanaraq icrasını gözləyir. Aliment tələb edən tələbkarlara da hər yerdə standart eyni cavab verilir, “borclu axtarışdadır”. Nə borclu tapılır, nə də alimenti tələbkar ala bilir. Mülki axtarış da illərlə sürür. Bu hal təkcə alimentlə bağlı deyil, digər hallar üzrə də xarakterikdir. Ümid edirəm ki, yeni nazir bu sahədə ciddi dönüş yaradacaq. Aliment borcunu ödəməməklə bağlı Cinayət və İnzibati qanunvericilikdə cəzalar nəzərdə tutulsa, yaxud axtarışla bağlı dəyişiklik edilərsə, aliment ödənişlərində indiki acınacaqlı durumu müəyyən qədər müsbət istiqamətə dəyişdirmək olar. Valideynlər də məsuliyyət hiss edərlər üzərlərində. Yaranmış vəziyyətin ciddiliyini və aktuallığını nəzərə alaraq ümid edirəm ki, həm parlamentarilərimiz, həm ombudsman həm də müvafiq qurumlar digər effektli həll yollarını axtarıb tapacaqlar. Çünki alimentlə bağlı minlərlə valideyn, ana-ata, on minlərlə uşaq illərlə iztirab və əzab çəkir. Azyaşlı uşaqlar psixoloji, mənəvi və fiziki travmlar alır. Dövlətə, onun qanunlarına, hakimiyyət orqanlarına inamı zədələyir. İlk növbədə sağlam ailə təməli gücləndirilməlidir ki, cəmiyyətimiz də daha sağlamlaşdırılsın və Azərbaycanın da gələcəyi həmin sağlam ailənin təməli üzərində davam etsin”.
Samir
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb