Casus proqramlarına görə tutulan direktor elə şeylər danışdı ki... - "Telefonlara girir, zəng və "whatsapp"dakı yazışmaları oxuyurduq"
05-03-2025 [09:50]
Azərbaycan və xarici şirkətlərin kompüter sistemlərinə qanunsuz daxilolmada və digər kibercinayətlərdə təqsirləndirilən "Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mia.az "Report"a istinadla xəbər verir ki, Yasamal rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib.
İttiham aktına əsasən , “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə fiziki və hüquqi şəxslərin mobil telefonlarına və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən casus proqramları əldə edib tətbiqə daxil olub.
Bundan başqa Tural Əliyev ABŞ və İsrail şirkətlərinə məxsus hamıya açıq olmayan məlumatlara giriş edərək kiberhücumlar təşkil edib.
Tural Əliyevə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 271.2.1 (kompüter sisteminə qanunsuz daxil olma), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham verilib.
Tural Əliyev ittihama münasibət bildirərək özünü qismən təqsirli bilib.
Məhkəmə ona sərbəst ifadə verməyi təklif edib.
Tural Əliyev qeyd edib ki, orta təhsilli olsa da, kompüter təminatı və proqramlaşdırma sahəsini akademik səviyyədə bilir:
"Əsasan audit işləri ilə məşğul olmuşam. Müəyyən proqramlar yaradaraq dövlətyönlü işlərdə istifadə olunmasını istəyirdim. Düşünürdüm ki, bu cür proqamları xarici ölkələrdən almaq əvəzinə, özümüz yaradıb, yerli brend kimi istifadə edək".
Təqsirləndirilən şəxs hazırladığı proqramın imkanlarından danışıb: "Yaratdığım proqram vasitəsilə istənilən fiziki və hüquqi şəxsin mobil telefonuna daxil olub, zəngləri və "whatsapp"dakı yazışmaları görmək mümkün idi. Casus olan proqramı test üçün öz mobil telefonuma yönəltmişəm. Həmin proqramı yalnız MDB ölkələri üçün bağlamışam. Rusiya, Azərbaycan üçün bu proqrama daxil olmaq olmur. Olan kimi sistem özünü məhv edirdi. Yaratdığım proqramlarla istənilən şəxsin telefonuna daxil olmaq olurdu. Bunun bir neçə yolu vardı. Həmin şəxsə zəng edəndə telefonu götürürdüsə, artıq telefona daxil olunurdu. Və yaxud sosial şəbəkələrdə bir foto göndərirsən, həmin fotonu açırsansa, o zaman telefona daxil olunurdu. Yenə də deyirəm ki, mən bunu yalnız öz telefonumda test etmişəm.".
Təqsirləndirilən şəxs qeyd edib ki, peşəkar haker sistemləri qurub, özünün yaratdığı casus proqramlarından istifadə edib: "Mən ABŞ-yə aid olan şirkətin sisteminə qanunsuz daxil olmuşam. Bunu nüfuz qarşılığında etmişəm, kiçik məbləğlərdə də pul almışam. ABŞ saytına girməkdə məqsədim sistemi yoxlamaq olub. Yalnız özümü tanıtmaq istəyirdim. Müdaxilələr qanunsuz olub. Daha sonra İsraildə yerləşən Belarusiyanın şirkətinin proqramına daxil olmuşam. Burada hər hansı bir gəlir olmayıb. Sadəcə öz yaratdığım sistemin nəyə qadir olduğunu bilmək istəyirdim. Çünki bu çox böyük maliyyə idi. Burada maddi xeyirdən çox nüfuzumu və özümü dünyaya tanıtmaq istəyirdim. Müəyyən kodları əldə etmişdim".
Tural Əliyev qeyd edib ki, yaratdığı həmin proqramları dövlət orqanlarına vermək niyyəti olub: "Həmin proqramlar sınaqdan keçirilməli idi. Çünki kiməsə təqdim edəndə sınaqdan keçməyən proqramı qəbul etmir. Bu məqsədlə də Azərbaycanda olan bir şirkətin kompüter proqramına daxil olmuşam. Amma heç bir əməliyyat keçirməmişəm. Mən "Facebook", "Google" və digər sosial şəbəkələrdə boşluqlar tapmışam. Bunun qarşılığında da mükafatlar almışam".
Növbəti proses martın 18-də keçiriləcək.
MİA.AZ
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."