Azərbaycan Zəngəzur dəhlizindən imtina edə bilərmi? - TƏHLİL
04-03-2025 [20:07]
Azərbaycan Zəngəzur dəhlizindən imtina edə bilərmi?
Mən bunu son dərəcə real hesab edirəm. Niyəsini deyəcəm
Zəngəzur məsələsi Azərbaycan+Türkiyə, bütövlükdə Türk Dünyası üçün həyati əhəmiyyət kəsb edir. Ancaq Ermənistan hələki Zəngəzur dəhlizinin açılmasına razılıq verməyib.
Azərbaycan İran üzərindən Naxçıvana Zəngəzur dəhlizinə paralel bir yol çəkir. Bu yol da son dərəcə önəmlidir. Onu da xatırladım ki, ABŞ+Avropa İttifaqı bu yolun İrandan keçməsinə rəsmən etiraz edib.
Mən dəfələrlə yazmışam ki, Azərbaycan həm İran, həm də Ermənistan üzərindən Naxçıvana giriş-çıxış əldə etməlidir. Yəni paralel olaraq şərti desək 2 Zəngəzur dəhlizi çəkilməlidir. İran öz ərazisindən keçən xəttə dəhliz statusu vermir, Ermənistan da vermək istəmir. Nikol Paşinyanın bugünkü məqaləsi də bunu bir daha sübut etdi. Azərbaycana İrandan keçən xətlə eyni statusda yol vermək istəyir. Rəsmi Bakı isə bundan imtina edir...
Bəs, Azərbaycan özü üçün bu qədər önəmli olan Zəngəzur dəhlizindən imtina edə bilərmi?
Nəzəri baxımdan bu, mümkündür. Bəllidir ki, İranın türkəsilli prezidenti Məsud Pezeşkian Əli Xamneyinin adına istefa ərizəsi yazıb. Dini rəhbər istefanı qəbul etməyib. Aydındır ki, islahatçıları təmsil edən Məsud bəy istefa versə, İranda inqilabi hadisələr baş verə bilər. Niyə? Birincisi, ona görə ki, Məsud Pezeşkian türk amilinə istinadən prezident seçilib. Türklər İranda ciddi söz sahibi olduqlarını və böyük çoxluğu təmsil etdiklərini rəsmi şəkildə ortaya qoyublar. İkinci amil isə ondan ibarətdir ki, Məsud Pezeşkianın gedişi o deməkdir ki, İranda heç bir müsbət dəyişiklik olmayacaq. Yəni mühafizəkarlar islahatçıları tapdalayıb keçəcək. Xalq isə buna imkan verməz. Çünki Məsud Pezeşkian sayı 90 milyona çatan əhalinin islahatlara olan son ümididir.
O da bəllidir ki, Əli Xamneyi çox yaşlanıb. Onun hakimiyyətdən getməsi an məsələsi də ola bilər. Onun gedişindən sonra eynən Məsud Pezeşkian kimi birisinin türk amilinə istinad edərək İranın Ali Dini lideri olması son dərəcə real görünür. Bu, həm də İranda iqtidarın birdəfəlik türklərin əlinə keçməsinə gətirib çıxara bilər.
Təbii ki, İranda dini lider və prezident türk olduqdan sonra Ermənistandan keçən Zəngəzur dəhlizi bizim nəyimizə lazımdır ki? Bəlkə də bu ehtimal kimlər üçünsə fantastik görünə bilər. Ancaq mən bunu qayət real bir şey hesab edirəm. Dünənə kimi heç kim türk amilinə söykənən birisinin İranda prezident seçiləcəyini də ehtimal edə bilməzdi. Ancaq məhz belə də oldu. Türk düşüncəsinə ehtiram göstərən İranı qoyub nədən biz nala-mıxa vuran və pislik etmək üçün fürsət gözləyən Ermənistana minnət etməliyik ki?
Elbəyi Həsənli, Sürix
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb