İran: “Zelensiki kimi Şeytanla danışqlar aparıb ona qalib gəlmək olar” - Tehran Donald Trampa qarşı çıxır, Moskva isə onu göylərə qaldırır
04-03-2025 [18:10]
İndi parçalanmış görünən kollektiv Qərbin 4 düşməni var: Rusiya, Çin, İran və Şimali Koreya. Bu ölkələr Rusiya-Ukrayna müharibəsində birinciyə ciddi dəstək verib.
İndi isə Donald Tramp daha çox Rusiyanın maraqları nəzər alınmaqla Ukrayna torpağını xaraba qoyan müharibəni dayandırmaq istəyir. ABŞ-ın Rusiya ilə yaxınlaşmaq və Rusiyanı Çindən ayırmaq üçün gördüyü işlər ortadadır. Bu, bəlli dördlük arasında münasibətlərə mənfi təsir edir.
Məsələn, Çin ABŞ-Rusiya yaxınlaşmasının qarşısını alamaq üçün Ukraynanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Vladimir Putin isə qəfildən Çini D.Trampla anlaşmağa çağırıb. Heç İran da Rusiyanın Amerikaya üz tutmasından məmnun deyil. Məsələn, ABŞ və Ukrayna Prezidentləri Donald Tramp və Volodimir Zelenski Ağ Evdəki görüşünə Rusiya və İran 180 dərəcə fərqli rakursdan baxır.
Rusiya ən yüksək səviyyədə Donald Trampın Volodimir Zelenskinin üzərinə yeriməsini tərənnüm etdi. İran isə olaya belə münasibət bildirdi: İran eltasının orqanı kimi tanınan “The İran Daily” baş məqaləsində cənab Zelenskinin ABŞ prezidenti Donald Trampla görüşdənZəfərli çıxdığını vurğuladı. Olayı Vaşinqtona güzəştə getməmək nümunəsi kimi vəsf etdi.
"Zelenskinin Trampla qalibiyyətlə qarşıdurması onu göstərdi ki, Şeytanla danışıqlar aparıb qalib gəlmək olar. Heç də hər danışıqlar güzəştə gətirib çıxarmır.
Bəziləri hesab edir ki, Amerika ilə danışıqlar əbəsdir. Lakin Zelenski nümayiş etdirdi ki, cəsarət və aydınlıqla təkcə təzyiqlərə qarşı durmaq olmaz, həm də qalib gəlmək olar".
Qəzet qeyd edib ki, Tramp və komandası Zelenskini həm Moskva, həm də Vaşinqton üçün əlverişli olan sülh planını qəbul etməsi üçün təzyiq göstərərək küncə sıxışdırmağa çalışırdı. “Əvəzində Zelenski Trampın üzünə taxılmış maskanı çırdı” və ABŞ-ı açıq şəkildə Rusiyanın hiyləsinə düçar olmaqda ittiham etdi.
Tramp və Zelenski arasında baş tutan görüşdən qısa müddət sonra beynəlxalq manşetlərdə İranın Ali Liderinin ofisi Qərbə güvənməklə bağlı xəbərdarlıqlarını fürsətdən istifadə edərək yenidən gündəmə daşıdı.
Əli Xamneyinin rəsmi X hesabında onun 2022-ci ildə Ukrayna ilə bağlı dedikləri yer alıb: “Ukraynadakı vəziyyətdən ilk dərs odur ki, Qərbin onların marionetkası olan ölkələrə və hökumətlərə dəstəyi ilğım kimi bir şeydir”. "Bütün hökumətlər bunu başa düşməlidir. ABŞ və Avropaya arxalanan hökumətlər Ukraynadakı mövcud vəziyyətə üzləşəcəklər".
Cənab Xamneyi İran prezidenti Məsud Pezeşkianın davamlı cəhdlərinə baxmayaraq İranın ABŞ ilə diplomatik danışıqlar aparmasını qadağan edib. Keçən ay Ali Dini Rəhbər danışıqları “nə müdrik, nə ağıllı, nə də şərəfli” olmadığını bildirmişdi.
Onu da deyək ki, D.Tramp V.Putinlə telefon danışığı zamanı İranın nüvə proqramı məsələsini də müzakirə etmişdi. Yəni Amerika İranla yenidən nüvə razılaşması əldə etmək istəyir. Ancaq Əli Xamneyi buna imkan vermir. Çünki o, Qərbi etibarsız və yalançı hesab edir.
Gördüyünz kimi, Rusiya-Ukrayna məsələsinin Ağ Evin gündəminə oturması təkcə ABŞ ilə Aİ arasında müəyyən umu-küsü yartamayıb. Rusiyanın təmsil olunduğu qrupda da ciddi narazılıq var. D.Trampın başladığı proses dərinləşdikcə bu çatlar daha da böyüyə bilər.
Elbəyi Həsənli. Sürix
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb