İCRA BAŞÇISININ OĞLU SOYADINDAN NİYƏ İMTİNA EDİB? - Maraqlı məlumatlar yayıldı
03-03-2025 [15:48]
Azərbaycanda bir vaxtlar məşhur olan “məmurların harınlamış övladları” seriyası sonradan yoxa çıxdı. Bunun səbəblərindən biri dövlətin məsələyə lazımi müdaxiləsi, belə məmurları vəzifədən uzaqlaşdırması, həmçinin, qanunu pozanların qanun qarşısına çıxarılmasıdırsa, digər səbəbi də bir çoxlarının “gizlənməsi”, qınına çəkilərək, yenə eyni harınlığı davam etdirməsidir. Sadəcə olaraq, gözə batmamaq üçün arxa planda qalmağı seçiblər.
Mia.az Demokrat.az-a istinadla xəbər verir ki, Sabunçunun icra başçısı Adil Vəliyevin oğlu Ənvər Ənvərli (Vəliyev) də onlardan biridir.
Məlumatlara görə, icra başçısının oğlu Vəliyev soyadından imtina edərək, sosial şəbəkələrdə Ənvərli kimi olması da gizlənmək və atasının vəzifəsindən sui-istifadə edərək, ələ keçirdiyi pullarla qurduğu biznes imperiyasını qorumaq məqsədi daşıyır. Ənvər Ənvərlinin adı indiyə qədər müxtəlif qalmaqallarda hallanıb. 2019-cu ildə sosial mediada yayılan qeyri-etik görüntülərin əslində Adil Vəliyevin oğluna məxsus olduğu, lakin izi itirmək üçün Rusiyada yaşayan azərbaycanlıların üzərinə atıldığı haqda məlumatlar var.
Ənvər Ənvərlinin adı 44 günlük müharibədən sonra "Fəxri fərman"la təltif olunmasına görə də mediada gündəmə gəlmişdi. O zaman hər kəsi bir məsələ maraqlandırırdı: müharibədə iştirak etməyən icra başçsının oğlu hansı xidmətlərinə görə təltif olunub?! Bu sual cavabsız qaldı, çünki Ənvər Ənvərlinin müharibə dövründə ölkədə olub-olmaması belə məlum deyildi. Əvəzində o, müharibədən sonra qazilər üzərindən özünün təbliğatını aparmaq istiqamətində də bir neçə addım ata bildi. Misal üçün, qzilərimizdən birinə avtomobil hədiyyə edərək, bunun mediada tirajlanmasını təmin etdi və s.

Ümumiyyətlə bir sual açıq qalır: “fərasətli” Ənvər Ənvərlinin qurduğu biznes imperiyasınının qaynağı haradır?
Əslində, onun biznesinə daxil olan şirkətləri və fəaliyyət sahələrinə diqqət etdikdə hər şey aydın olur.
Ənvər Ənvərli atasının doğulduğu Əfəndilər kəndinin adını daşıyan “Efendiler Group” holdinqinin rəhbəridir. 2007-ci ildən fəaliyyət göstərən şirkət avtomobil və tikinti sektoru üzrə fəaliyyət göstərir. Qrup “Porsche”, “Audi”, “Zeekr”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların distribüteri fəaliyyət göstərir, avtomobillərin satışını, onların ehtiyat hissələri və texniki servis təminatını həyata keçirir. “Euro Style” multibrend texniki servis mərkəzi - müxtəlif markalı avtomobillərə texniki xidmət göstərən şirkət kimi qrupa daxildir.
“Efendiler Group” şirkəti ölkədə elektromobillər üçün enerjidoldurma mərkəzləri şəbəkəsi yaradılması biznesini də monopoliyaya alıb.
“Efendiler Group”un tikinti sektoru üzrə fəaliyyət göstərdiyi əraziyə baxdıqda da çox şey aydın olur. “Efendiler Group” və “XXI ƏSR” MTK Sabunçuda yaşayış binaları və biznes obyektlərinin inşası ilə məşğul olur. Həmçinin, “Bakıxanov Rezidens Komplekslər Qrupu”na da Ənvər Ənvərli rəhbərlik edir.



Onun tikdirdiyi binaların və sahibi olduğu şirkətlərin siyahısı açıq mənbələrdə də yayılıb.
“Bakıxanov Rezidens A”,
“Bakıxanov Rezidens B”,
“Bakıxanov Rezidens 1”,
“Bakıxanov Rezidens 2”,
“Bakıxanov Rezidens 3”,
“Fireland”,
“Fireland 2”,
“Ramana Rezidens”,
“Ramana Rezidens 1”,
“Brillians Rezidens”,
Yeni yaşayış binaları layihələri:
“Bakıxanov Zəfər 1”,
“Koroğlu Rezidens”
Şirkətlər:
“Əfəndilər Group”,
“Əfəndilər” MMC,
“Euro Style LTD.” MMC,
“Yeni Sabunçu” MTK,
“Yaşıl Construction” MTK,
“BƏRGÜŞAD-Ş” MTK,
Avtomobil təmiri mərkəzləri,
“Cafe Cayenne” (57 Üzeyir Hacıbəyov, Bakı ünvanında).
Göründüyü kimi, Ənvər Ənvərlinin biznes imperiyasında əsasını atası Adil Vəliyevin icra başçısı olduğu rayonun ərazisindəki fəaliyyət üstünlük təşkil edir. Səbəb bəllidir, Adil Vəliyev vəzifə səlahiyyətlərindəın istifadə edərək, başçılıq etdiyi rayonda oğluna geniş imkanlar yaradır.
Adil Vəliyevin oğlunun inşa etdiyi və sakinlərə satdığı binalarda həyətyanı əraziləri və qaraj yerlərini belə qanunsuz olaraq zəbt etdiyinə dair çoxsaylı şikayətlər var. Hətta, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar bununla bağlı dəfələrlə xəbərdarlıq etsələr də, Nazirliyin müraciətlərinə məhəl qoyulmayıb. Çünki Ənvər Ənvərli hesab edir ki, atası Adil Vəliyev icra başçısıdırsa, ona heç kim toxuna bilməz və istədiyi kimi qanunları tapdalaya bilər.Beləliklə, “Məmurların harınlanmış övladları” seriyası Adil Vəliyevin oğlu Ənvər Ənvərlinin timsalında yenidən aktuallaşır. İcra başçısının oğlunun maşınlarının nömrələrinin sonu 078 və 222 ilə bitən lüks avtomobil kolleksiyasına sahib olması da onun dövlətin pulu hesabına əldə etdikləri lüks həyatından xəbər verir.
MİA.AZ
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır
Səbinə Əliyeva Ruben Vardanyanla görüşüb
Spikerdən jurnalistə irad: “Niyə siz “Artsax” deyirsiniz?!” - “Qarabağ da Azərbaycana məxsusdur”
NETANYAHU TRAMPI DİNLƏMƏDİ: "Biz İranı vurmağa davam edəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan İranla bağlı bəyanat: "Onların lideri yoxdur, rejim dəyişdi, indi razılaşma istəyirlər" - "Bizə neft və qaz hədiyyə edirlər"
"Azəriqaz"da Fəxri Fərman hansı əsaslarla və kimlərə verilir? - Komitə sədri Baş direktorla "Həmkarlar"a maraqlı suallar ünvanladı
Qəzəbli və revanşist Putin... - Kremlsiz Qafqaz və... (TƏHLİL)
Sabahdan bəzi yerlərdə yağıntı intensivləşəcək - Xəbərdarlıq
"Güney Azərbaycan artıq kənardan izlənilən region deyil" - TƏHLİL
Xəzər rayonunda qaya daşlarını zədələyən şəxs saxlanılıb
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)