STM-lə universitet arasında Əməkdaşlıq Memorandumu imzalanıb - FOTO
25-02-2025 [17:49]
Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə Azərbaycan Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Mia.az-ın məlumatına gərə, bu barədə STM rəhbəri Zahid Oruc məlumat verib.
Bildirilib ki, memorandumu Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc və Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva imzalayıblar. Sənədin əsas məqsədi tərəflər arasında elmi-tədqiqat işləri, birgə layihələr, təhsil proqramları, seminar və konfransların təşkili, həmçinin mütəxəssis hazırlığı sahəsində əməkdaşlığı inkişaf etdirməkdir.
Tərəflər razılaşma çərçivəsində qarşılıqlı təcrübə mübadiləsini, elmi nəşrlərin hazırlanmasını və s. sahədə birgə fəaliyyəti həyata keçirəcəklər.
Memorandumda Sosial Tədqiqatlar Mərkəzi və Azərbaycan Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsi və bu sahədə qarşılıqlı fəaliyyətin gücləndirilməsi nəzərdə tutulur. İmzalanma mərasimində çıxış edən millət vəkili Zahid Oruc bildirib ki, ölkədə sosial iş sahəsində ixtisaslaşan əsas təhsil müəssisəsi kimi Azərbaycan Universiteti keyfiyyətli kadr hazırlığı ilə tanınır, eyni zamanda müasir sosial iş standartlarının təlim və tədqiqat prosesində tətbiqi məhz bu universitetin adı ilə bağlıdır.
O, daha sonra Azərbaycan Universitetini Beynəlxalq Sosial İşçilər Federasiyasına üzv olması münasibətilə təbrik edərək deyib ki, universitetin təsis etdiyi jurnalların beynəlxalq elmi indekslərdə uğurla irəliləməsinə dair təcrübə digər təhsil müəssisələri ilə də bölüşülməlidir.
Millət vəkili bildirib ki, Azərbaycan Universitetinin Sent-Luis Vaşinqton Universiteti (ABŞ), Sakarya Universiteti (Türkiyə) və Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) ilə birlikdə təşkil etdiyi "Social Work & Social Research" beynəlxalq konfransı elmi ictimaiyyətdə böyük təəssürat doğurmaqla yanaşı, birgə fəaliyyət üçün mühüm təcrübə qazandırıb.
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb