“Ulduz” “Genç Yürekler”de parladı!
19-02-2025 [23:49]
58 yaşlı “Ulduz” dərgisi ilə 6 yaşlı “Genç Yürekler” Türk ədəbiyyatında yeni cığır saldılar!
1967-ci ildən Azərbaycanın paytaxtı Bakıda Azərbaycan Yazıçılar Birliyinin orqanı kimi nəşr olunan “Ulduz” dərgisi və 2019-cu ildən etibarən Qardaş Türkiyənin paytaxtı Ankara şəhərində nəşr olunan “Genç Yürekler” dərgisi 2024-cü ildə Türk ədəbiyyatı tarixinə yazılacaq bir ortaqlığa-qardaşlığa imza atdılar.
Aylıq dərgi olan “Ulduz”un 2024-cü il sentyabr sayında “Genç Yürekler” dərgisinin yazarlarının əsərləri Türkiyə türkcəsində işıq üzü gördü. Azərbaycan və Türkiyə-iki qardaş ölkənin yazarları və oxucuları “Ulduz”da “Genç Yürekler”i ədəbi hadisə kimi dəyərləndirdilər, qürur duyulası addımın əks-sədası hər iki ölkə mətbuatında günlərlə eşidildi.
Üç ayda bir çıxan “Genç Yürekler” dərgisinin qış sayı (14-cü sayı) “Ulduz”a qucaq açdı. Azərbaycanın görkəmli ədəbiyyat nümayəndələrinin qələmindən çıxan bir-birindən gözəl və maraqlı yazılar, əsərlər “Genç Yürekler” dərgisində Azərbaycan türkcəsində yayımlandı. Hər iki qardaş ölkənin ədəbiyyat adamları, ədəbiyyatsevərləri bu ədəbi hadisəni də təqdirlə qarşıladılar. Dərgi nəşr olunan gündən etibarən, istər Türkiyə, istərsə də Azərbaycan mətbuatında ədəbi hadisə ilə bağlı yazılar yer almaqdadır.
27 yanvar 2025-ci ildə Azərbaycan Yazıçılar Birliyində yüksək səviyyədə təqdimatı keçirilən “Genç Yürekler” dərgisinin qış sayını Azərbaycana dərginin Yazı İşləri Müdiri Cem Arslan gətirmişdi.
“Genç Yürekler” dərgisinin sahibi və Yayın Kurulu Başkanı, şair Muhterem Şahin mətbuata açıqlamasında “Ulduz”-“Genç Yürekler” qardaşlığı haqqında bunları deyib: “Bir Millet, İki Devlet: Azerbaycan-Türkiye” sloganı ile karşılıklı sayılar çıkaran Genç Yürekler ile Ulduz Dergisi; kültür, sanat, edebiyat, basın ve yayın camiasında da takdirle karşılandı. Can Azerbaycan'ın değerli jurnalı Ulduz Dergisiyle 2021'den beri görüşme halindeyiz. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey, bize karşılıklı olarak birer sayı çıkarma teklifinde bulundu. Biz de hiç tereddüt etmeden kabul ettik. Zira yıllardır, Türk dünyasının büyük mütefekkiri Gaspıralı İsmail Bey'in 'Dilde, fikirde, işte birlik.' sözüyle yanıp tutuşuyorduk. Bu söz, benim düşünce dünyamda her zaman kılavuzum olmuştur. Yakın zamanda dergimizin bu son sayısını Bakü’ye ulaştırma imkanı bulduk. Hamd olsun. Orada Azərbaycan Yazıçılar Birliyi'nde (AYB) çok güzel bir tanıtım programı oldu. Büyük kalem üstadı Anar Bey, dergilerimizden övgüyle söz etti. Ulduz Dergisinin Baş Redaktoru Qulu Ağses Bey'in fedakarlığını, gayretini unutamam. Redaksıya Heyeti Üyesi Prof. Dr. Resmiyye Sabir Hanım'ın yardım ve desteğini unutamam. Her ikisine de şükranlarımı sunuyorum”.
Dəyərli Muhterem Şahin onu da qeyd edib ki, “Genç Yürekler” dərgisinin yaradıcı heyəti olaraq may ayında Bakıda baş tutacaq IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalına dəvətlidirlər. Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin “O da ulu, bu da ulu,/ Azərbaycan-Türkiyə!” misraları ilə açıqlamasını bitirən Muhterem Şahinin dediyi bir cümlə isə, əsrlər sonra da xatırlanacaq: “Azerbaycan Türk dünyasının şahdamarıdır!”
“Ulduz” jurnalının baş redaktoru, şair, publisist Qulu Ağsəs isə mətbuata açıqlamasında dərgilərin qardaşlaşmasının tarixindən danışdı: “İki il öncə qardaş ölkədə türkdilli dövlətlərin dərgilərinin fuarı keçirilirdi. “Ulduz” jurnalı da həmin tədbirə redaksiya heyətinin üzvü, şair Rəsmiyyə Sabirin qismində qatılmışdı. Azərbaycana dönən Rəsmiyyə xanım mənə ordakı dərgilərdən bəhs etdi və “Gənc ürəklər” dərhal diqqətimi cəlb etdi. Beləcə, dərginin baş redaktoru Möhtərəm Şahinlə yazışdıq, bir-birimizə əbədi əməkdaşlıq təklifi yolladıq. İstəyimiz qısa vaxtda reallaşdı. Hər iki dərginin-“Ulduz”da “Genç Yürekler”, “Genç Yürekler”də “Ulduz”- nəşri bir daha sübut etdi ki, biz ulu öndər Heydər Əliyevin dediyi kimi, həqiqətən, iki dövlət, bir millətik!”
Qulu Ağsəs, həmçinin, onu da vurğulayıb ki, əməkdaşlıq davam edəcək.
İndiyədək “Ulduz”-“Genç Yürekler” qardaşlığı barədə qardaş ölkənin “Ankara Ulus” və “İlksayfa” qəzetləri, (həmçinin, qəzetlərin saytları) xəbər mətnləri yayımladılar. 18 fevral 2025-ci ildə isə “AnaHaberGazete” (anahaberyorum.com) “Genç Yürekler Dergisinin Son Sayısı Azerbaycan'da Yankı Buldu” başlığı ilə özəl xəbər hazırladı.
Hər iki dərgiyə Ortaq Türk mədəniyyəti və ədəbiyyatı naminə atdıqları bu addıma görə təşəkkür edir, qoşa addımlayacaqları hər cığırda uğur, uğur, yenə uğur arzulayırıq!
Şəfa Vəli
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb