"Bu, Putinin gözləmədiyi şey olacaq və yeni reallıqlar ortaya çıxaracaq" - TƏHLİL
17-02-2025 [11:59]
Böyük Britaniyanın baş naziri Kir Starmer Ukrayna üçün təhlükəsizlik təminatı olaraq bu ölkəyə qoşun göndərməyə hazır olduqlarını açıqlayıb.
“Mən Britaniya hərbçilərinin, o cümlədən qadınların təhlükədə olacağı ilə əlaqədar öz məsiliyyətimi dərindən hiss edirəm. Lakin Ukraynanın təhlükəsizliyinin təminatında oynayacağımız istənilən rol həm ölkəmizin, həm də qitənin təhlükəsizliyini təminat altına almağa kömək edəcək. Bu müharibənin yekunu Putinin yeni hücumu üçün müvəqqəti möhlət yaratmamalıdır”, - deyə ser Starmer vurğulayıb.
O, ABŞ-ın təhlükəsizlik təminatının da möhkəm sülh üçün vacib olduğunu və bu məsələni Trampla müzakirə edəcəyini söyləyib. K.Starmer Rusiyaya, xüsusən onun enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi də zəruri sayıb.
Avropa liderlərinin bu gün keçiriləcək fövqəladə zirvə toplantısında bütün bu məsələlər müzakirəyə çıxarılacaq. Ukraynaya göndəriləcək hərbi kontingentin tərkibində Fransa hərbçiləri də xüsusi yer tutacaq. Bu, tarixi əhəmiyyətli qərar olacaq. Hazırda gündəmi daha çox ABŞ-Avropa münasibətləri, ABŞ-Rusiya dialoquna Ukrayna və Avropanın cəlb edilib-edilməyəcəyi ilə bağlı mövzular zəbt etdiyindən, Rusiyanın nə qazanıb, nə itirəcəyi müzakirə edilmir. Putin də bunda maraqlıdır.
Əminliklə söyləmək mümkündür ki, Rusiya bu müharibənin sonunda ingilislər başda olmaqla, Qərb qoşunlarının Ukraynaya, yəni Rusiya-Belarus sərhədlərinə yerləşdirilməsi ssenarisini heç düşünməmişdi. Müharibənin bu cür sonluqla bitməsi Putinin elan etdiyi vəzifələrə və məqsədlərə tamamilə zidd olan yeni reallıqlar ortaya çıxaracaq. Çünki 18-19% ərazilərini itirmiş halda da olsa, qonşuluqda yenə müstəqil, milli Ukrayna dövləti mövcudiyyətini davam etdirəcək, özü də bu dəfə Qərb qoşunlarının mühafizəsi və qarantiyası altında. Bu, Rusiyanın bir daha Ukraynanı təhdid edə bilməyəcəyi və onu birdəfəlik itirəcəyi anlamına gəlir. Halbuki rus imperializminin bu qanlı müharibəni başlatmaqda fundamental məqsədi Ukraynanı təkrar Moskvanın asılılığına qaytarmaqdan ibarət idi.
Rusiya içərisindəki şovinist-millətçi çevrələr əvvəl-axır Putini sorğulayacaqlar.
Şahin CƏFƏRLİ
MİA.AZ
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb