"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o..." - Zaqatalada 3 il əvvəl itkin düşmüş turistlə bağlı açıqlamalar
12-02-2025 [14:42]
"Birdən qarşıma "vetnamka” çıxdı. Düşündüm ki, "vetnamka” bura hardan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var...”.
Mia.az xəbər verir ki, bunu Lent.az-a 3 il əvvəl itkin düşən hindistanlı turistin qalıqlarını aşkar edən Zaqatala sakini bildirib.
Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı mənzərəni belə danışıb: "Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vetnamka” çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var”.
R.Əliyev onun əynindəki paltarların çürüdüyünü qeyd edib:
"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o, yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vetnamkalar” və kəməri idi.
Sümüklər fındıq ağacının altında idi. Biraz aralıda balaca tonqalın qalıqlarını gördük. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi”.
Kənd sakini deyib ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:
"Həmin dərə çox çətin reylefdə yerləşir. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik”.
Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.
Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil verib.
Qurban Qurbanov: "Nəriman Axundzadənin oyunundan razı qalmadım"
Qurban Qurbanovdan rəqib komandanın baş məşqçisinin qeyri-etik davranışına - Reaksiya
"Ayaks"ın baş məşqçisi: "Sıfır xaldan çıxmaq çox çətin idi"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ÇL: Stadionda 1000-dən yuxarı "Ayaks"azarkeşi var - VİDEO
İslandiya "Avroviziya"nı boykot edir - Səbəb
CHP-nin keçmiş təşkilat sədri sərbəst buraxıldı - (Yenilənib)
Prezident İlham Əliyev Donald Trampa məktub göndərib: "Münaqişələrin həllinə davamlı sadiqliyiniz..."
Qəzza yenə bombalanıb - Yaralılar var
Prezident daha bir 4 illik planı təsdiqlədi - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman + DETALLAR
"Yüksəliş" müsabiqəsi keçiriləcək - Sərəncam
REKTOR VƏZİFƏDƏN ÇIXARILDI, YENİ TƏYİNAT OLDU - Sərəncam
Sabah Binəqədi və Sabunçuda qaz olmayacaq
"Sumqayıta belə dayanacaq yaraşarmı, ayıb deyil?!" - Dərə sakinləri şikayətlənir, İH "düzələcək2 deyir + FOTOLAR (Yenilənib)
İqtisadi Şura ilə İnvestisiya Holdinqin Müşahidə Şuraları birgə iclas keçirib - Nələr müzakirə olunub?
Əli Əsədov bu qurumlarla bağlı qərar imzalayıb - Siyahı
Domen idarəçiliyi ilə bağlı Yol Xəritəsi hazırlanacaq
Diplomatik xidmət əməkdaşlarının attestasiyası - Qayda təsdiqləndi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
SOCAR-la "MVM ONEnergy" arasında yeni saziş imzalandı - Qazla bağlı
Bakıda əyləncə məkanı cərimələnib
Əli Kərimli barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib
"Hıdır Baba"nın anası vəfat edib - 93 yaşında
Vəzifəli şəxslərin əmlaklarına həbs qoyulub - Siyahı
Türkiyədə kimyəvi zavodda partlayış oldu - FOTOLAR
Ərdoğan Türkmənistana gedir - Tarix açıqlandı
Elçin Əmirbəyov Brüsseldə - Açıqlamalar
"Hələ onun saçına jele vuran vaxtlarıdır" - Hüquqşünas icra başçısına belə replika atdı
Keçmiş hakimə Konstitusiya Məhkəməsində vəzifə verilib
Super Liqanın 8 komandası cəzalandırılacaq - SİYAHI
Rəsmi Moskva: "Biz Ukraynada atəşkəs yox, sülh üçün çalışırıq"
DTX-dən xaricdə yeni əməliyyat: ağır cinayətlər törətmiş şəxslər saxlanılıb - VİDEO
Billurə Aslanqızıyə AzTV-də vəzifə verildi
İsrail Qəzzanın cənubuna və şimalına zərbə endirib
Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu
Ümummilli liderin xatirəsi Buxarest şəhərində yad edilib - FOTOLAR
Qaralov, Usubov və Sultanov bir arada - FOTOLAR
AFFA "Neftçi"ni cərimələyib
Yağışlı hava davam edəcək - Sabahın hava proqnozu