"Baba da deyir ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı"
12-02-2025 [11:18]
Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Anar Vəziroğlu tez-tez qalmaqallarla gündəmə gəldiyi üçün qardaşı, Əməkdar incəsənət xadimi Baba Vəziroğluya şikayət edilməsinə etirazını bildirib.
Mia.az-ın məlumatına görə, A.Vəziroğlu Pravda.az-a açıqlamasında deyib ki, Baba Vəziroğlu orta xətdədir, hamısının gözü onu görür.
“Həm də yumşaq adamdır, nə desələr, deyir ki, “başına dönüm, Anar uşaq deyil ki, mən ona nə deyim?” Sözlərini yumşaq mənada deyir. Mənə zəng etməzlər axı. Bilirlər ki, sərt şəkildə yerlərinə oturduram. Mənim 68 yaşım var, Babanın 70 yaşı. Aramızda nə qaldı? İki bayram. Bunlar öyrəncəlidirlər. Baba yumşaq adamdır deyə ondan şeirləri alırlar, mahnıları qoşurlar. Havayı yerə.
Bir gün Xalq artistlərindən biri dedi ki, mənim mahnımı filankəs oxuyub. Sonra evə zəng etdilər ki, bu nə deməkdir? Dedim ki, sən o Xalq artistindən soruş, mahnını ona satmısan, ya yox? Soruşdu, o da dedi ki, yox, satmayıb. Bunlar öyrəşiblər. Hamı çıxıb Babanın yazdığı mahnılara deyir ki, “mənim mahnımdır”. Şair bir kənarda qalır, bəstəkar bir kənarda. Nə var, nə var, 2 min pul verib. Ac şairi tapıblar. Bunların ən zəif cəhətləri budur ki, mən danışdıqca, kiminsə üstünə getdikcə Babaya zəng edirlər. Deyirlər ki, sənin qardaşın belə... Ay balam, daha Baba açıqlama verdi ki, bu adam belədir, Anarı təpiyimin altına salası deyiləm axı. Nə etməlidir? Məni danlamalıdır?
Hərdən deyir ki, qınanılası verilişlərə getmə. Yenə də deyirəm ki, mənim öz ağlım, öz başım... Düzdür, Baba müəllimin yanında adicə qız adı çəkməyə qorxuram. Amma bilirəm ki, müğənnilər yumşaq tərəfini tutublar, Baba müəllim belə gəldi, elə getdi. Anar müəllimi isə deyən yoxdur, çox qəribədir. Baba müəllimə tanınmış müğənnilər, onunla dost olanlar zəng edirlər, mənim barəmdə ürəklərini boşaldırlar. Mənimlə danışa bilmirlər, çünki birdəfəlik rədd edirəm. O gün də bir qız zəng edib, mənə deyir ki, sən efirdə ssenari oynayırsan. Dedim, elə olsaydı, nə var idi ki? İndi ortada olardım. Bədəxtliyim budur ki, susa bilmirəm. Danışanda sözlərini kəsirəm, deyirəm ki, belə deyil. Mən söz adamıyam, filologiya üzrə fəlsəfə doktoruyam. Sənin oxuduğun mahnıdan görünür ki, qandığın “qrafa” yoxdur. Bunu açıq deyirəm. Meyxananı gətirib xalq mahnısına çeviriblər. Az qala televiziyada rinqə çıxırlar. Elin qızısan, müğənnisən, ortadasan. Bir-birilərinə hədə-qorxu gəlirlər, nədir, nədir, pulları var. Hörmətli hökumət bunları eşitmir? Çağırıb pullarını alsın, özlərini də salsın içəri. Anası məşhurdur deyə guya qızı da məşhurlaşır. Başlayıblar efirdə hamını yıxıb-sürüməyə. Abır-həya yoxdur. Abırlı kişidən, abırlı qadından həmişə nümunəvi övlad çıxıb...”
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb