Rasim Balayev: "Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı, dedi ki..." - MÜSAHİBƏ
11-02-2025 [20:17]
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayevi kinostudiyaya getməməkdə günahlandırıb. Bu barədə o, Qaynarinfo.az-a açıqlamasında danışıb: “Kinonun yiyəsi rejissordur. Aktyor kinonun sahibi ola bilməz. İndi iki aktyor Azərbaycan kinosuna rəhbərlik edir. Onların heç biri 40 ildir kinostudiyanın qapısını tanımır. Heç bilmirlər ki, kinostudiyanın qapısı hardadır. Mən deyən kimi hamı üstümə tökülür. Rasim Balayev mənim 80 illik yubileyimi təbrik də etmədi”.
Mia.az-ın məlumatına görə, Xalq artisti Rasim Balayev rejissorun dedikləri ilə bağlı Musavat.com-un suallarını cavablandırıb.
-Rasim müəllim, Şeyx Əbdül sizi kinostudiyanın qapısını açmamaqda günahlandırır...
- Kinostudiyada kim var ki... Nəyə gedim?! Orada 3-4 işçi var. Şeyx Əbdüldür də, danışır.
- Şeyxlə illərlə dostluq etmisiniz. Bəs indi nə baş verir? Hətta onun doğum gününü də təbrik etməmisiniz.
- Bunu Şeyx Əbdüldən soruşun. Deyin ki, Rasim niyə səni danışdırmır, qoy cavab versin. Münasibətimizi Əbdülün özü korladı. Münasibəti korlanan adamlar bir-birini təbrik edərmi heç? Guya o, mənim 75 illiyimi təbrik etdi?!
- Yəqin Şeyx Əbdül sizin Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilmənizi qəbul etməyib, ona görə əlaqələriniz kəsilib.
- Şeyx Əbdüllə 57 il dostluq etmişəm, sonra çıxıb ağzına gələni danışdı. Dedi ki, Rasim Balayev Azərbaycan kinosunun pazıdır. Bunu deyən adamın mən 80 illiyini necə təbrik edim?! Şükür edirəm ki, bu gün mənim ayağım xəstədir, Əbdül kimi başım xəstə deyil. Ramiz Rövşənin şeiri var, deyir insan iki yerdən qocalır: bir başdan, bir də ayaqdan. Əbdül başdan qocalıb. Ona görə də qoy danışsın da...
- Şeyx Əbdülü haqqınızda belə söz deməyə nə vadar edib?
- Heç bir səbəb yoxdur. Aramızda heç kiçik mübahisə də olmamışdı. Birdən-birə başaldı mənə layiq olmayan sözlər danışmağa.
- Sənət yoldaşınız Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?
- Əladır, biz bir yerdə çalışırıq.
- Yeri gəlmişkən, səhhətinizlə bağlı vəziyyət necədir?
- Babatdır. Fizioterapiyaya gedirəm, ağrıların qarşısını bir az alıram. Allah hərəyə bir ömür payı verib. Əsas odur ki, insan yaşlandıqca kamilləşsin. Lakin bəzən bunun əksini görürük.
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb