İÇMƏLİ SU və QURAQLIQ QORXUSU: dünyanın dördüncü ən böyük gölü təqribən 9 dəfə kiçilib, kimyəvi tozlar bölgəni təhlükəyə yuvarlayır - FOTOLAR
06-02-2025 [10:55]
Vaxtilə dünya xəritəsində nəhəng su hövzəsi kimi görünən Aral gölü indi "ağ səhra"ya dönüb, hər yer səhralaşıb, bölgə təhlükəli toz dumanı altında can verir.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 1960-cı illərə qədər dünyanın dördüncü ən böyük gölü olan Aral gölü indi demək olar ki, tamamilə quruyub.
Məlumata görə, 68 min kvadrat kilometr ərazini əhatə edən göldə indi cəmi 8 min kvadrat kilometr hissəsində su sahəsi qalıb: "Onun da böyük hissəsi çox dayazlaşıb, belə getsə, çox tezliklə böyük hissəsi səhralaşacaq".
BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icraçı katibi İbrahim Ziau deyir ki, Aral gölünün yoxa çıxması dünyanın ən böyük ekoloji fəlakətlərindən biri olmaqla, bölgəyə böyük fəlakətlər gətirməkdədir: "Araşdırmalar göstərir ki, 1984-2015-ci illər arasında bölgədə atmosfer tozunun miqdarı 14 milyondan 27 milyon metrik tona çatıb. Hətta 800 kilometr uzaqlıqdakı yaşayış məntəqələrində də havanın keyfiyyətinə mənfi təsir göstərən bu toz bölgədəki buzlaqların əriməsini sürətləndirir, su böhranını, insan ölümlərini daha da artırır, əkin sahələrinin sürətlə şoranlaşmasına, minlərlə canlının yox olmasına səbəb olur".
BMT rəsmisi qeyd edir ki, gölün quruması toz dumanın sürətlə yayılmasına və səhra küləyinin daşıdığı duz və kimyəvi maddə qalıqları kənd təsərrüfatı sahələrini məhv edir, içməli suları çirkləndirir: "Bilirsiniz, məşhur Aral gölü artıq quruyaraq, çox kiçik hissədə qalıb. O kiçik hissəyə də artıq Aral gölü deyil, Aralqum gölü deyirlər. Aralqum gölü isə bölgədə lazımı atmosfer təminatı yarada bilmir. Üstəlik, səhralaşmaya görə artan və sürətlə yayılan tozlar Sovet İttifaqı dövründə aparılan kimyəvi silah sınaqları tullantılarını da bütün bölgəyə daşıyır. Bu da digər qorxunc fəlakətlərin xəbərçisidir. Həmin bu kimyəvi toz yerli əhalidə tənəffüs orqanlarının xəstəliklərinə və anadangəlmə qüsurların artmasına səbəb olub...".
Sovet İttifaqının pambıqçılıq siyasətində sudan amansız istifadə və çayların yönünün dəyişməsinin də ARAL gölünün hazırkı vəıziyyətə düşməsində əsas rol oynadığı haqda iddialar var: "Aral dənizini qidalandıran Amudərya və Sırdərya çaylarının istiqaməti 1960-cı illərdən Sovet İttifaqı tərəfindən 7 milyon hektar pambıq sahəsinin suvarılması üçün dəyişdirilib. Bu irimiqyaslı suvarma layihələri nəticədə gölü iki yerə böldü, gölün ərazisində qısa müddətdə adalar yarandı. Bununla yanaşı, artan duzluluq səviyyəsi göldə yaşayan bir çox canlı növünü məhv etdi və ekosistem tamamilə dağıldı. Balıqçılıq sənayesi demək olar ki, yoxa çıxdı, paslanmış qayıqlar keçmiş balıqçı şəhərlərində qumlarda çürüdü..."
Mütəxəssislər qeyd edirlər ki, Aral dənizinin faciəvi sonu dünya üçün SOS olmalıdır: "Əgər dünya öz su ehtiyatlarını qorumasa, üzləşəcəyi ciddi nəticələr tezlilə qapını döyəcək..."
Lamiyə Əhmədli
MİA.AZ
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR