İranda Azərbaycan əleyhinə çıxışlar edən imamcümə işdən çıxarılıb

img

28-01-2025 [11:15]


İranın Qəzvin şəhərinin imamcüməsi Əbdül Kərim Abedini vəzifəsindən azad edilib.

Məlumatı “Etemadonline” yayıb.

Qeyd edək ki, Əbdül Kərim Abedini anti-Azərbaycan çıxışları ilə tanınırdı(Report).

Xatırladaq ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Marian Yanvarın 25-də Xarici İşlər Nazirliyinə çağırılıb.
Məlumata görə, görüş zamanı son zamanlar hökumət dairələrinə yaxın İran mətbu orqanlarında Azərbaycan əleyhinə, ölkə rəhbərliyinə qarşı açıq-aşkar şəkildə aparılan kampaniyaya etiraz bildirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR