Ərdoğan gənclərdən dəstək istədi: "Uzun illər Türkiyəyə xidmət edəcəyik"

img

28-01-2025 [09:05]


"Hər cür qanunsuzluqların şahidi olduq, lakin heç vaxt demokratiyadan sapmadıq. Biz gənclərimizi küçəyə çağıranların, onları təxribata sürükləyənlƏrdən olmadıq".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğan partiyasının Gənclik Təşkilatının7-ci növbədənkənar qurultayında deyib.

O, gənclərə xitabən daha sonra deyib: "Biz qarşıdakı bütün maneələri birlikdə dəf edəcəyik. Çirkli ssenariləri birlikdə yıxacağıq. Türkiyəni birlikdə böyüdəcək, inkişaf etdirəcəyik. Gələcəyin işıqlı günlərinə birlikdə addımlayacağıq. Başqaları bizi ayırmağa, parçalamağa çalışsa da, biz bu gün bu salonda olduğumuz kimi, bu ölkənin gənclərini birləşdirib qucaq açmağa çalışırıq".

Ərdoğan daha sonra hələ uzun illər Türkiyəyə xidmət edəcəklərini bəyan edib: "Allahın ömür verdikcə və gənclər arxamızda durduqca Türkiyəyə və millətə sevgi və fədakarlıqla xidmət etməyə davam edəcəyik".

Samir Musayev
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR