"Ulduz", "Genc yürekler" və yaxud iki dərgi, bir ədəbiyyat...
27-01-2025 [23:42]
Yanvarın 27-də Azərbaycan Yazıçılar Birliyində Türkiyənin "Gənc ürəklər" jurnalının Azərbaycan ədəbiyyatına həsr edilmiş buraxılışının təqdimatı keçirilib.
Tədbirdə "Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan da iştirak edib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar qonağı və tədbir iştirakçılarını salamlayıb.
"Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs layihə ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, layihə çərçivəsində "Ulduz" jurnalının sentyabr buraxılışı "Gənc ürəklər" jurnalının təşəbbüsü ilə Türkiyə ədəbiyyatına həsr edilib. Qarşılıqlı əməkdaşlıq nəticəsində "Gənc ürəklər" jurnalının dekabr-yanvar-fevral sayında da "Ulduz" jurnalının təqdimatı ilə Azərbaycan ədəbiyyatına yer ayrılıb.
Jurnalların may ayında təşkil ediləcək IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında təqdimatının keçiriləcəyini bildirən Qulu Ağsəs, bu layihəni başqa türksoylu ölkələrlə həyata keçirmək üçün danışıqlar apardıqlarını da diqqətə çatdırıb.
"Gənc ürəklər" jurnalının şöbə müdiri Cem Arslan Azərbaycan dilinə, ədəbiyyatına sonsuz məhəbbətini ifadə edib. Əsərlərin Türkiyə türkcəsinə uyğunlaşdırılmadığını bildirən Cem Arslan, türkiyəli oxucuların Azərbaycan türkcəsində nəşr edilmiş əsərləri maraqla qarşıladığını vurğulayıb.
Çıxış edən Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq yazıçısı Çingiz Abdullayev, sədr müavini Rəşad Məcid, katib Elçin Hüseynbəyli, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Seyran Səxavət, şair Rəsmiyyə Sabir layihə haqqında müsbət fikirlərini bildirərək, belə layihələrin davamlılığının vacibliyini söyləyiblər.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar hər iki jurnalın kollektivinə, layihədə əməyi olan hər kəsə minnətdarlığını bildirib. "Ulduz" junralının da əsərləri Türkiyə türkcəsində nəşr etdiklərini qeyd edən Xalq yazıçısı, bunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Xalq yazıçısı növbəti layihələrdə daha çox gənc imzaları çap etməyi tövsiyə edib/AYB.az
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb