Azarkeşlər “Qarabağ”dan üz döndərdi: futbolçularla görüşmədilər - VİDEO
27-01-2025 [13:27]
“Qarabağ” Futbol Klubu (FK) – “Turan-Tovuz” FK oyununun sonunda ilginc anlar yaşanıb. Öz meydanında qonaqlara 1-2 hesabı ilə uduzan “Qarabağ”ın fanatları onlara yaxınlaşan futbolçularla görüşməyib və salamlamayıb.
Hər oyundan sonra hətta uduzsa belə “Qarabağ”ı tək qoymayan fanatlar bu dəfə yerindən tərpənməyib. “Qarabağ”ın oyunçuları ayağına getdiyi fanatların yanından kor-peşiman geri dönüb.
Qeyd edək ki, Ağdam klubunun böyük azarkeş ordusu var və “İmarət Tayfa” və “Qarabağ-Ordu” adlanan azarkeş qrupu tribunalarda xüsusi coşgusu ilə seçilir.
Amma indi azarkeşlər sevdiyi oyunçulardan üz çevirməklə ilk dəfə narazılıq bildirdiblər. Bundan əvvəl “Neftçi” FK-nın azarkeşləri mövsümün əvvəlində klubun məğlubiyyət seriyasına bu formada etiraz etmiş, sonradan yeni baş məşqçi Samir Abbasovla birlikdə ilk qələbədə azarkeşlərə yaxınlaşaraq onların “könlünü almışdılar”.
“Qarabağ”ın azarkeşlərinin bu səssiz duruşu “Turan” fanatlarının digər tribunada böyük coşğusunun fonunda baş verib.
Xatırladaq ki, Avropa liqası çərçivəsində son ev oyununda da stadion yarıboş idi. Premyer Liqada “Qababağ”a baxmağa gələnlərin sayı ilə az qala eyni idi. Rəsmi məlumata görə, 16 mindən yuxarı azarkeş olub stadionda. Amma biz bilirdik ki, oyuna bir gün qalmış biletləri klubun akademiyasının müdavimlərinə paylayıblar. Stadion boş qalmasın deyə.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azarkeşlərin dəstəyinə böyük önəm verir. Hər dəfə onların ünvanına ehtiramlı sözlər deyir. Məğlubiyyət zamanı ilk olaraq azarkeşlərin məyus olduğunu dilə gətirir.
Qeyd edək ki, Misli Premyer Liqasında dünən 20-ci turun son oyunu keçirilib. Turnir cədvəlinə yenə “Qarabağ” liderlik edir. Növbəti turda Ağdam klubunu “Zirə” FK öz meydanında qəbul edəcək.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı