ZAHİD ORUCDAN BÖYÜK İSLAHAT ANONSU: "Referendumun keçirilməsi ilə..."
23-01-2025 [10:35]
"Milli Məclisin yaz sessiyasında İnsan Hüquqları Komitəsinin işlər plan tərtib edilərkən bir daha Vətən müharibəsində Qələbımizin ən böyük hüquq hadisəi olduğunu qeyd edirik. Qürurlu hadisədir ki, təkcə ərazi və suverenliyin bütövlüyündən deyil, eləcə də vətəndaş tamlığından danışırıq".
Mia.az verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc komitənin bugünkü iclasında deyib.
Zahid Orucun sözlərinə görə, uzun illər qanunverici orqanın təmsilçiləri məhz işğalın səbəb olduğu humanitar faciələri, iqtisadi və siyasi itkiləri, məhdudiyyətləri hüquqi aktlara köçürməli olmuşdu: "Qələbədən sonra milli gündəliyimiz dəyişib. İndi hakimiyyət instituları içərisində parlamentin də üzərində düşən əsas çağırışlar beynəlxalq təhülkəsizlik böhranının yaratdığı risqlərdən xalqımızı qorumaqla yanaşı, Böyük qayıdış, mina terroru, Qərbi Azərbaycan məsələsi, beynəlxalq təşkilatların ölkəmizlə bağlı hesabatların müqayisəli qiymətləndirilməsi və sair problemləri gündəlikdə tutmaqdır".
Millət vəkili qeyd edib ki, Komitənin Fəaliyyət planına təklif edilən mühüm məsələlərdən biri də prezident İlham Əliyev tərəfindən bəyan edilən “Konstitusiya və suverenlik ili” çərçivəsində hakimiyyət institutlarının üzərinə düşən mühüm vəzifələrdir:
"Yaxın tarximizə qayıdaraq, qeyd edək ki, ötən əsrin 90-cı illərində Sovetlər Birliyin dağılması ilə müstəqillik qazanan ölkələrin hər biri fərqli siyasi yolu seçdilər. Dövlətin quruluşu, idarəetmə forması, hakimiyyətin bölgüsü prinsipləri və bütün vətəndaşların hüquq-azadlqılarının təsbit olunduğu Ana Qanun məhz Ulu öndər Heydər Əliyevin müəllifliyi ilə qəbul edildi. Dövlət quruculuğunun Baş planı olan ali sənəd ötən on illər ərzində müxtəlif düzəliş və dəyişikliklərdən keçərək nəhayət, Qələbəmizdən sonra bütövləşdi, işğaldan azad olundu. Son 5 ildə qazandığımız yeni milli və siyasi kimlik qazandıraraq, Zəfər Konstitusiyasının qəbulunu zəruri edir. Referendumun keçirilməsi ilə qalib vətəndaşlarımızı, bütün ictimai-siyasi təşkilat və hərəkatları ümumxalq prosesinə qoşmağa ehtiyac duyulur.
Bir daha xüsusi vurğulayaq ki, son illə müqayisədə dövlət-vətəndaş müanisbətləri köklü şəkildə dəyişib. Eyni zamanda, son illər fərqli idarəetmə təsisatları, məsələn, xüsusi nümayəndəlik institutu icra hakimiyyətləri ilə yanaşı, nəinki azad torpaqlarda, o cümlədən, Naxçıvan Muxtar Respublikasında tətbiq edilib. Göründüyü kimi, konstitusion dəyişikliklər millətimizin gələcəyini formalaşdırmaq baxımından həyati zərurətə çevrilib.
Komitənin gündəliyinə layihə olaraq, təklif edilən məsələlər sırasında Ermənistanın son 30 ildə həyata keçirdiyi dağıdıclıq siyasətinə hüquqi qiymət verilməsi və təzminat davalarının açılması, digər tərəfdən, hərbi cinayətlərdə ittiham edilən şəxslər üzərində 17 yanvar tariixndə başlayan məhkəmə prosesi ətrafında ölkəmizə qarşı başlayan dezinformasiya və təzyiq kampaniyasına qarşı tədbirlər, o cümlədən, Ermənistanın birinci przidenti Levon ter Petrosyan tərəfindən xalqmızıa qarşı 600 illik arzularının-etnik təmizləmə, ölkəmizdən ermənilərin kütləvi köçünün təşkili və digər etiraflara hüquqi qiymətin verilməsi təşkil edəcəkdir.
O ki qaldı burada qaldırılan bir sıra məsələlərə, əlbəttə Əmək hüquqlarının vəziyyətinə dair dinləmələr, süni intellekt texnologiyaları və informasiya məkanında onun təsirləri, həmçinin Penitensiar sistemlə daimi əməkdaşlıq çərçivəsində məhkum edilən şəxslərin hüquqlarının diqqətdə saxlanılması Komitənin önəm verdiyi məqsədlər sırasında olacaqdır".
Sabah hava necə olacaq? - Proqnoz
“Aİ-92” markalı benzin ucuzlaşacaq, yoxsa...? - Ekspertdən bahalaşan neftlə bağlı açıqlama
"Mənə dedilər ki, sən neynirsən?" - Niyaməddin Musayev
"Türkiyə və Azərbaycan müharibəyə sürüklənir" - TƏHLİL
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ