Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib
21-01-2025 [14:47]
Hərbi Prokurorluqda yanvarın 21-də cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunması sahəsində 2024-cü ildə görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş kollegiya iclası keçirilib.
Hərbi Prokurorluqdan Mia.az-a bildirilib ki, hesabat məruzəsi ilə çıxış edən baş prokurorun müavini, hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev 2024-cü ildə Hərbi Prokurorluq orqanlarının fəaliyyəti uğurlu olmaqla Silahlı Qüvvələrdə nizam-intizamın davamlılığına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının alınmasına, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsinə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına yönəldildiyini deyib.
Vurğulanıb ki, qeydə alınan cinayətlərin, ümumilikdə, 98,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb.
Ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranan qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük əhəmiyyəti olub.
Belə ki, hər il olduğu kimi, 2024-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanan müvafiq tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub.
Silahlı Qüvvələrdə ayrı-ayrı, xüsusən də ölümlə nəticələnən cinayətlərin qarşısının alınması məqsədilə, hər zaman olduğu kimi, hesabat dövründə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək, müxtəlif vaxtlarda Respublika Hərbi Prokurorluğunun kollegiya iclaslarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirə edilib, kollegiyaların qərarlarına əsasən zəruri tədbirlərin görülməsi təmin olunub. Sözügedən istiqamətdə səmərəliliyi artırmaq məqsədilə aidiyyəti dövlət qurumları ilə birgə bir sıra digər işlər də görülüb.
Bütün bunların nəticəsində hesabat dövründə qeydə alınan cinayətlər əvvəlki illə müqayisədə ümumilikdə 19,3 faiz, qeyri-hərbi cinayətlər 21,5 faiz, hərbi xidmət əleyhinə olan cinayətlər isə 17,5 faiz azalıb.
Eyni zamanda, 2023-cü illə müqayisədə 2024-cü ildə qeydə alınan özünü öldürmə həddinə çatdırma cinayətləri 20,0 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4 faiz, hərbi xidmətdən yayınma cinayətləri 33,6 faiz, hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 52,9 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 88,2 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 33,3 faiz, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri 20,4 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4,4 faiz, və xuliqanlıq cinayətləri 60,0 faiz azalıb.
Kollegiya iclasında, hesabat dövrü ərzində görülən müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar da ətraflı təhlil olunmaqla, onların aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi, işin effektivliyinin daim artırılması tələb edilib.
Sonra məruzə ətrafında çıxışlar olub. Kəlbəcər hərbi prokuroru, ədliyyə polkovniki Mahir Bayramov, Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki İlham Babayev və Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə ətraflı məlumat veriblər.
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı