Bakıda çəkisi 6 kq qız dünyaya gəlib

img

17-01-2025 [09:07]


Bakıda yanvar ayının 10-da Kliniki Tibbi Mərkəzin (KTM) Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qız dünyaya gəlib.

Mia.az KTM-yə istinadla xəbər verir ki, təbii doğuşla hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Qeyd olunub ki, müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Məlumata görə, hazırda körpənin vəziyyəti orta-ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 17.01.2025

Sabah yağış yağacaq