Türkiyə kəşfiyyatı iranlı qondarma təşkilat qurucusu və mühafizəçisini zərərsizləşdirib - İraqda

img

15-01-2025 [12:05]


Türkiyə kəşfiyyatı (MİT) İraqda daha bir məşhur terrorçunu zərərsizləşdirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, MİT terror təşkilatı PKK-nın İran qolu YRK-nın qurucuları arasında yer alan, kod adı "Amed Serhed" adlı məsul şəxsi və onun Süleymaniyyədəki mühafizəçisini PUA zərbəsiylə məhv edib.

Məlumatda deyilir ki, əməliyyat İraqda baş tutub: "Kəşfiyyat şəbəkəsi sayəsində "Amed Serhed" kod adlı iranlı terrorçunun Süleymaniyənin Pəncavin bölgəsindəki yeri müəyyən olunub və dəqiq zərbə ilə o və iranlı mühafizəçisi "Şivan Çiya" kod adlı Akam Şahen zərərsizləşdirilib".

Məlumatda o da deyilir ki, "Şərqi Kürdüstan Müdafiə Birlikləri" (YRK) adlı qondarma təşkilatnın qurucusu olan "Amed Serhed"  Türkiyəyə qarşı bir çox terror aktlarlında yer alıb.

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR