Rıza Çalımbay getdi, Sergen Yalçının köməkçisi gəldi - Superliqada daha bir dəyişiklik

img

14-01-2025 [18:46]


Rıza Çalımbayla yollarını ayıran Super Liqa komandası "Hatayspor" yeni baş məşqçi ilə anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Hatayspor" baş məşqçi postuna vaxtilə "Beşiktaş"da Sergen Yalçının köməkçisi işləmiş Murat Şahini gətirib.

Məlumata görə, klub onunla 1,5 il müddətinə müqavilə imzalayıb.

İlk dəfə bir komandanı çalışdıracaq 48 yaşlı Murat Şahin ilk sınağını "Qalatasaray"a qarşı verəcək.

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR