"Taliban" Quantanamodakı əfqanların azadlığına çalışır: "ABŞ-a məhbus mübadiləsinə hazır olduğumuzu dedik, lakin..."

img

15-01-2025 [10:58]


Əfqanıstanda iqtidarı ələ keçirən Taliban administrasiyası ABŞ-la məhbus mübadiləsinə çalışır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Əfqanıstandakı Taliban hökumətinin sözçüsü Zabihullah Mücahid açıqlama verib.

O, ABŞ və Əfqanıstan arasında mümkün məhbus mübadiləsi ilə bağlı ölkəsindəki Amu TV-yə danışıb: "Biz, əlbəttə, məhbuz mübadiləsinə hazırıq. Bu barədə qarşı tərəfə fikrimizi bildirmişik. Danışıqlar davam ediyr, lakin hələlik müsbət nəticə yoxdur. ABŞ bu istiqamətdə həvəsli deyil. Biz onlara Əfqanıstanda saxlanılan amerikalıların əvəzində Quantanamodakı əfqan məhbusların azad edilməsini təklif edirik".

Xatırladaq ki, 2022-ci ildən Əfqanıstanda həbsdə olan Corc Qlezmann, Rayan Korbett və Mahmud Şah Həbibinin sərbəst buraxılması üçün tərəflər arasında danışıqlar gedir. Lakiun ortada nəticvə yoxdur.

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR