Vahid Əhmədov: "Hazırda xaricdəyəm, səhhətim də normaldır"

img

14-01-2025 [12:02]


Milli Məclisin sabiq deputatı Vahid Əhmədov səhhətində yaranan hansısa problemlə bağlı əməliyyat olunmadığını bildirib.

Mia.az
-ın məlumatına görə, bunu Teleqraf.com-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov deyib.

“Heç bir əməliyyat keçirməmişəm. Hazırda xaricdəyəm, səhhətim də normaldır”, - deyə əlavə edib.

Qeyd edək ki, 2 aprel 1947-ci ildə Qubada anadan olan Vahid Əhmədov 1992-1994-cü illərdə baş nazirin birinci müavini, Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR