Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub

img

08-01-2025 [17:49]


Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinə yeni direktor təyin olunub.

Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, sözügedən vəzifə Güven Çolaka həvalə olunub.

Məlumata görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təyinat münasibətilə Güven Çolakı qəbul edib. Görüş çərçivəsində İnstitutun fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bundan əvvəl Bakı Yunus Əmrə İnstitutunun direktoru vəzifəsini Selçuk Karakılıç icra edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR