Sumqayıtda qonşunun dəmir parçası ilə döydüyü qadın ölüb

img

08-01-2025 [09:38]


Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

Mia.az xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
14:04 08.01.2025

Zaqatalada körpə ölüb