Professordan qəzəbli açıqlama: "Onlar o qədər pula necə sahib olub?!" - "Ömür boyu ikiqat çalışdım, ancaq xəstəxanaya da pulum yoxdur"

img

06-01-2025 [12:21]


"Bu qədər illərin zülmünə cism neynəsin?! Akademik haqyemə, məsuliyyətsizlik, laqeydliyə dağ dozməz. Axşam aptekdə halım pisləsdi".

Mia.az xəbər verir ki, bu sözləri AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasov Feysbuk-dakı səhifəsində yazıb.

O, əlavə edib ki, hadisə yerinə təcili yardım gəlib: "İynə vurub getdilər. Tanış aptekçi məni Gömrük Hospitalına apardı. Düzdür, müdaxilə etdilər, sağ olsunlar. 3-4 saat qaldım orda. Nisbətən düzəldim, özümü babat hiss etməyə başlayırdım. 140 manat ödəniş deyəndə, inanın təzyiq yenə qalxdı. Üstəlik, səhər mütləq müayinələrdən keçməlisiniz dedilər. Bəzi şübhələrimiz var dedilər...".

Professor yazıb ki, o, pul tapa bilmir, ancaq ona işlədiyi müəssisədə düşməncilik edən akademik dəstə böyük vara sahibdirlər: "Onlar o qədər pula necə sahib olub?! Ömür boyu ikiqat çalışdım, ölüm ayağında xəstəxanaya da pulum olmadı... Ədalətdirmi?! Ölüm anında ani düşündüm ki, kkademik mühitdəki həqiqətləri deməməyə yalnız olümüm səbəb ola bilər. Allah bilən məsləhətdir".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR