BAKIDA MƏŞHUR İDMANÇILAR MAYORA GECƏYARISI HÜCUM ÇƏKİBLƏR: "Kikboksyorlar beşbarmaqla..." - Açıqlamalar (FOTOLAR, YENİLƏNİB)
07-01-2025 [12:57]
Bakının Xətai rayonunda DSX mayoruna hücum çəkən idmançılar Elnur Həmidov, Elçin Hüseynov, Musa Əhmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Mia.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində hakim Fuad Axundovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi davam edir.
***
Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum edənlərin soyuq silahdan istifadə etdiyi bəlli olub.
Mia.az xəbər verir ki, bu bardə Oxu.Az-a açıqlamasında Fuad Zeynalov özü məlumat verib.
"Mənə hücum edən şəxslərin hər birinin əlində beşbarmaq olub. Avtomobilimi də əziblər. Vurulan yerlər yumruq yeri deyil. Dəyən hər zərbənin yerində kəsik xəsarətləri var. Bu gün keçiriləcək iclasda qəbul ediləcək qərar mənə qətiyyən maraqlı deyil. Həmin şəxs daha öncədən işdən kənarlaşdırılmalı idi. Bu hadisələr baş verdikdən sonra yox. Artıq qəbul ediləcək qərar bəllidir ki, o, federasiyadakı bütün vəzifələrindən uzaqlaşdırılacaq. Bu cür harınlamış insanların federasiyada qalması doğru deyil. Baş verən hadisənin isə mənim işimə heç bir aidiyyəti yoxdur. Mən öz işimə qaldığım yerdən davam edirəm", - deyə F.Zeynalov bildirib.
Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən, məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.
***
Ötən gün DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum insidentinin "sifarişçisi" kimi saxlanılan, kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov iki vəzifəsindən azad edilib.
Mia.az xəbər verir ki, Azərbaycan Kikboksinq Federasiyasında vitse-prezident olan Ramal Aslanov qurumun prezidenti Orxan Əliyevin qərarı ilə vəzifəsindən kənarlaşdırılıb.
Bundan əlavə Ramal Aslanov federasiyanın fəxri prezidenti Adil Əliyevin müavini vəzifəsini də itirib.

Xatırladaq ki, A.Əliyev həmçinin Suraxanı rayonunun icra başçısıdır.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov da saxlanılıblar.
Xatırladaq ki, Ramal Aslanovun vəzifəsindən azad edilməsi barədə ilk məlumatı 32gun.az yayıb.
***
“Hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanovdur. Bu adamla aramızda uzun müddət soyuq münasibətlər olub. Onunla aramızda gərginlik noyabrda Yunanıstanda keçirilən Avropa çempionatında olmuşdu. Bakıya qayıtdıqdan sonra həmin ay 2 dəfə Ramal Aslanov öz dəstəsi ilə mənim evimə hücum çəkib”.
Mia.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalov deyib.
O, ötən gün Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov adlı idmançılar tərəfindən hücuma məruz qalmasından danışıb, Ramal Aslanovun da saxlanıldığını əlavə edib: “Bundan əvvəl başqa adamlarla birlikdə üzərimizə hücum çəkmişdi.Amma sonra federasiya rəhbərliyi ilə birgə görüşümüzdə razılaşdıq ki, gərginliyi aradan qaldıracağıq. Amma görünür ki, o, sözündə durmadı. Ramal Aslanov hazırda 48 saatlıq saxlanılıb”.
F.Zeynalov hadisənin təfərrüatlarını açıqlayıb:

Ramal Aslanov federasiya rəhbəri Adil Əliyevlə
“Təxminən saat 01:00 olardı. Xətaidə yerləşən “Yaban” restoranından çıxıb maşınıma gedirdim. Birdən üstümə 4-5 nəfər hücum çəkdi. Özümü müdafiə etməyə çalışdım. Elə sürətli şəkildə oldu ki, hücum edənlərin kimliyini bilmədim. Ancaq hadisə kameraya düşüb. Polis onları müəyyənləşdirib saxlaya bildi. Özüm xəsarət aldım və başıma tikiş qoyuldu. Mənə hücum edən şəxslərdən yalnız Elnur Həmidovu tanıyıram. Qalanların isə tanımıram. Kamerada da görünür ki, o, adını çəkdiyim restoranın qarşısında uzun müddət gözləyib. Daha sonra mən ordan çıxanda üzərimə hücum çəkiblər. İndi onlar polis tərəfindən saxlanılıb və sabah məhkəməyə çıxacaqlar”.
Qeyd edək ki, Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıb.
***
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Mia.az DİN-in Mətbuat Xidmətinə istinadla bildirir ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
***
İdmançılar arasında yaşanan insidentlə bağlı daha bir nəfər saxlanılıb.
Mia.az xəbər verir ki, həmin şəxs kikboksçu Musa Əhmədovdur.
Qeyd edək ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə artıq hadisəni törətməkdə şübhəli bilinən — Fuad Zeynalov, Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
***
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.
Artıq hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, “Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.
Fotoda Ramal Aslanov


İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."