"Oleq Bakinski"yə əlavə ittiham verildi: məhkəmə başlayır - O, kimdir? (FOTOLAR, YENİLƏNİB)
06-01-2025 [11:05]
Bakıda həbs olunan ukraynalı milyonçu Oleq Krapivin (“Oleq Bakinski”) hakim qarşısına çıxarılır.
Məlumata görə, iş üzrə ibtidai araşdırma artıq tamamlanıb.
Bakinskiyə yekun olaraq Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsindən əlavə, 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.
Bakinski xuliqanlıq cinayətinə görə ikinci şəxslə birgə mühakimə ediləcək. Həmin şəxs Ukrayna vətəndaşı Kucher Kostıantyn Antonovichdir. O da hazırda həbsdədir.
Cinayət işi üzrə Zaxarenkov Valeriy Nilolayeviç, “Avıazapchast” ASC və "Promyshlenye Postavkı Kazakhstan” MMC zərərçəkmiş qismində tanınıb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq. Oleq Bakinskinin təqsiri sübuta yetirilərsə, 10 ildən 14 ilə kimi azadlıqdan məhrum edilə bilər(Qafqazinfo).
***
Yeni il tətilindən sonra kriminal keçmişi ilə tanınan, adı "Forbes"in milyonçular siyahısında yer almış Oleq Andreyeviç Krapivin Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılacaq.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, kriminal aləmdə "Oleq Bakinski" kimi tanınan Oleq Krapivinlə müttəhimlər kürsüsünü Kostin Antonovıç Kuçer bölüşəcək.
Cinayət dosyesi hakim Kamran Muxtarovun sədrliyi ilə araşdırılacaq. “Oleq Bakinski” və suç ortağı külli miqdarda dələduzluqda ittiham olunurlar.
"Oleq Bakinski" kriminal keçmişi olan milyonçu, həm də tanınan idmançıdır. 14 qat Azərbaycan çempionu olan "Oleq Bakinski" Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib.
1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

Adı Bakı ilə bağlı olsa da, o, 1989-cu ildən Kiyev şəhərində yaşayıb. Lakin son illər Ukraynaya girişi qadağan edildiyinə görə, Bakıya köçmüşdü. Ukraynada tanınmış iş adamdır. Xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. O, Ukraynada Azərbaycan diasporunun liderlərindən sayılırdı. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.
"Forbes"in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdə olub. 30 ilə yaxın Ukraynada yaşadığı dövrdə, o Kiyevdə "Bakines" adlı güləş klubu yaradıb. Azərbaycanla sıx əlaqələrinə görə Şamaxıda güləş məktəbi açıb. Elə Şamaxıda onun şərəfinə güləş turniri də keçirilib.
Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı. "Oleq Bakinski" milliyətcə rus olsa da, özünü həmişə azərbaycanlı hesab edib. Müsahibələrində toyunu belə, Azərbaycan adət-ənənələrinə uyğun keçirdiyini açıqlayıb.
"Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, "Razin"dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı" deyə müsahibələrindən birində “Oleq Bakinski” qeyd etmişdi.
Özünün həbsindən 1 il əvvəl, 2023-cü ildə Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyev saxlanılmışdı.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin "Oleq Bakinski"nin dəstəsi olduğunu yazmışdı.
“Oleq Bakinski”nin kifayət qədər kriminal keçmişi var.
O, 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.
2022-ci ilin əvvəllərində “Oleq Bakinski” Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.
“Oleq Bakinski”nin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç rejiminə qulluq etməkdə və onun şəriki olmaqda ittiham olunur.
2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.
Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi başlanıb, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verilib.
“Oleq Bakinski”nin cinayət işi üzrə Valeriy Nikolayeviç Zaxarenkov və 2 şirkət zərərçəkmiş hesab olunub. Bunlar “Avıazapçast” Açıq Səhimdar Cəmiyyəti və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
Oleq Krapivin 2024-cü ilin iyulun sonlarında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakıda həbs olunub.
Ona və suç ortağına qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ititham irəli sürülüb.
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."