Petrosyanın şok çıxışı: "Azərbaycanlıları qovduq ki..." – VİDEO
04-01-2025 [17:44]
Yutuber Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə Qarabağda qətliamlar törədən və mülki azərbaycanlılara qarşı aqressivliyi ilə fərqlənən “Yerkrapa” terrorçu qruplaşması qarşısında etdiyi çıxışı yayıb.
Mia.az Axar.az-a istinadla xəbər verir ki, Petrosyanın etdiyi çıxışın onu şoka saldığını bildirən İsakov videonun ermənicə mənbəsini də təqdim edib.
Qeyd edək ki, Albert İsakovun atası dağ yəhudisi (azərbaycanlı), anası ermənidir. 1974-cü il təvəllüdlü İsakov Bakıda doğulub və 16 yaşına qədər Azərbaycanda yaşayıb, 1990-cı ildə Ermənistana köçüb və 12 il də orada qalıb: sonra 5 illik İsrail həyatı başlayıb, hazırda Kanadada yaşayır.
İsakovun fikrincə, bu mətn ermənilərin “milli strategiyası və hədəflərini” anlamaq, bu cinayətkar dəstənin hansı “amallar” uğrunda yaşamasını başa düşmək baxımından önəmlidir:
“Petrosyan bu cinayətkar dəstəyə “qardaşlarım” deyə müraciət edir və qətiyyən öz hərəkatının məqsədini gizlətmir. Bu çıxışında o öz faşist mahiyyətini və faşist məqsədlərini ortaya qoyur”.
Petrosyan 1988-ci ildən azərbaycanlılara qarşı silahlı hərəkata başladıqlarını və qətliamlar həyata keçirdiklərini etiraf edir, bildirir ki, 5 il əvvəl (çıxış 1993-cü ildə edilib) biz bu hərəkata başlamasaydıq, ümumiyyətlə Qarabağ məsələsi olmayacaqdı.
Petrosyan deyir ki, biz 3 məsələni həll etdik: 1. 600 ildir erməni xalqının bacarmadığını həyata keçirdik - bütün Ermənistanı və Qarabağı digər millətlərdən tamamilə təmizlədik. Bunun nəticələrini erməni xalqı bundan sonra 600 il hiss edəcəklər.
Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladaraq bildirir ki, təsəvvür edin, indi onlar Ermənistandadır:
“Əgər onlar Ermənistanda olsaydı, bizim dövlətimiz olmayacaqdı; biz onda şimal-şərq rayonlarını, Göyçəni müdafiə edə bilməyəcəkdik. Azərbaycanlılar 3 rayonda çoxluq təşkil edirdilər: Bu, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiyadır. Azərbaycanlılar Zəngəzur mahalında böyük üstünlük təşkil edirdilər. Bu problem həll edildi və bu, göydən hədiyyə kimi düşmədi. Bunu biz etdik – milli hərəkat etdi, erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim “Yerkrapa” dəstəsi. Həmçinin Qarabağ. Bu gün bütün Artsax, o cümlədən daha bir çox torpaqlar ermənilərin əlindədir”.
İsakov bildirir ki, Petrosyan faktiki olaraq azərbaycanlıların silah gücünə qovulmasını təsdiqləyib:
“Petrosyan bildirir ki, 3 rayonda, o cümlədən Zəngəzurda azərbaycanlıların çoxluq təşkil etməsi Ermənistan üçün təhdid idi və etnik təmizləmədə silahlı birliklərin rol oynadığını etiraf edir. Petrosyan “Ermənistan təmizləndi” deyir. Zibildən, çirkdən təmizlənmək ola bilər. Petrosyan isə burada canlı insanları, öz yurdunda kompakt yaşayan azərbaycanlıları nəzərdə tutur. Bu, nasizm və gizlədilməyən faşizmdir.
Bu gün həmin bu xalq hansısa “etnik təmizləmədən” danışır”.
Petrosyan davam edir və ikinci uğur kimi Azərbaycandan 500 min erməninin köçürülməsini göstərir. O bildirir ki, əgər onlar Azərbaycanda qalsaydı, Ermənistana təzyiq vasitəsinə çevriləcəkdilər. Onun fikrincə, 300 min erməni Ermənistana gəldi ki, bu da demoqrafik problemi həll etdi.
Petrosyan 3-cü uğur kimi siyasi və hərbi fəaliyyəti birləşdirdiklərini, hərbi baxımdan ideal iş gördüklərini vurğulayır.
Yanvar ayında bu tarixlərdə iş günü olmayacaq
Almaniyada inflyasiya artıb
İcra başçısının qalmaqallı sabiq müavini seçkiyə qatılıb - Məktəblini döydüyü üçün vəzifədən çıxarılmışdı
4 MİLYONLUQ QALMAQAL: "Aztelekom”un sabiq rəhbərinin oğluna 1.3 milyon "atıb"lar - FOTOLAR
Yevlax sakini saxlanılıb - Yardımlıda
Keçmiş hakim gəlinini və nəvələrini məhkəməyə verdi
Taleh Becanov Rusiyada tutulub
VİP sədrinin keçmiş müavini vəfat edib
Bakının iki rayonunda sabah qaz olmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Həbsdəki keçmiş vəzifəli şəxslər və generallarla bağlı qəfil qərar verildi - Müalicə müəssisələrindən çıxarıldılar
"Azərsu” ASC-nin sabiq sədr müavini yeni vəzifəyə təyin olunub
Hakan Fidan: "Suriyada PKK/YPG-nin ortadan qalxması an məsələsidir"
YAP ödənişsiz təşviqat hüququndan imtina edib
Belçikada hökumət binasına hücum olub - Açıqlama
Nəsimidə polis əməliyyat: 49 yaşlı Zaur Əzizov saxlanılıb - VİDEO
"Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə..." - Müğənnini Əhmədlidə kimlər və niyə döyüb?
BAKIDA MƏŞHUR İDMANÇILAR ARASINDA DAVA: kikboksyorlar mayora niyə hücum çəkiblər? - Açıqlamalar (FOTOLAR, YENİLƏNİB)
Braziliyada keçmiş İsrail əsgəri saxlanılıb - Qəzzadakı əməlinə gərə
Əli Vəliyev nazir müavini təyin edilib
"Aztelekom" MMC-nin əməkdaşı nazirliyin mətbuat xidmətinə gətirilib
"Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin 20 yaşlı qaynı Rusiyada öldürülüb - "13-cü mərtəbədən yerə atıblar"
Kamil Həmzəoğlu iş adamlarına müraciət edib - Səbəb
AKP-dən DEM Partiyasının həmsədrinin təhdidinə sərt reaksiya: "Bunlar Öcalını İmralıya basdıracaqlar"
İlham Əliyev həlak olan ekipaj heyətinin ailə üzvləri və bələdçilərlə görüşdə: "Qara qutu açılanda..." - FOTOLAR (YENİLƏNİB)
"Seksual görünür? Xeyr! Ürək bulandırıcıdır" - Həkim estetikə qaçan qadınları tənqid elədi (FOTO)
SABİQ NAZİR VƏ ŞÖBƏ RƏİSİNƏ ŞƏRTİ İŞ VERİLDİ - 273 və 144 milyonluq mənimsəmə işinə görə...
Sabah yağış yağacaq
Saxta kirayə ev elanları... - DİN-dən xəbərdarlıq
Professordan qəzəbli açıqlama: "Onlar o qədər pula necə sahib olub?!" - "Ömür boyu ikiqat çalışdım, ancaq xəstəxanaya da pulum yoxdur"
ARB Televiziyasının binası və... - “Alimpus Şirkətlər Qrupu"nun rəhbərinə 2.5 milyon manat fırıldaq gəliblər
İranda plastik əməliyyat: yaş həddi endirilib - Açıqlama
Fədayə Laçının yeməyinə nə qatılıb ki? - "Adını demərəm" (VİDEO)
İki saytln 8 yaşı tamam olub
Məşhur müğənninin topdağıtmaz sərvəti ortaya çıxdı: 6 villa, 80 mənzil, yarımada...
"Oleq Bakinski"yə əlavə ittiham verildi: məhkəmə başlayır - O, kimdir? (FOTOLAR, YENİLƏNİB)
BMT: Qəzzada 7 körpə donaraq ölüb
Yunanıstanda 4 günlük matəm elan edilib - Sabiq Baş nazirə görə
"Sol böyrəyim, dalağım və bağırsaqlarım kəsilərək götürülüb, ancaq..." - Hərbi xidmətdə güllə yarası alan ucarlıya əlillik verilmir (SƏNƏDLƏR)
Məktəblilərin qış tətilinin vaxtı və müddəti açıqlandı - 5 gün