Rejissor İntiqam Hacılı: "Bizim ölkədə kino sənayesi mövcud deyil" - MÜSAHİBƏ
06-01-2025 [09:13]
Bu yaxinlarda "Biləsuvar" filmi ilə beynəlxalq festivala qatılan, Azərbaycan kino sənətinin inkişafı üçün yorulmadan çalışan və müstəqil kino sahəsində öz dəst-xətti ilə seçilən rejissor və ssenaist İntiqam Hacılı Mia.az xəbər portalına müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
- İntiqam Hacılı Azərbaycan kino sahəsində kimdir?
- Kino sahəsində kimdir deyəndə, sadəcə bir kino adamıyam. Kinematoqrafçıyam. Rejissor və prodüserəm. Kinonu bilən və öyrənənəm. Azərbaycan kino sahəsinin, əsasən də müstəqil kino sahəsinin inkişaf etməsi üçün çalışan biriyəm.
- Azərbaycan filmlərinin beynəlxalq arenada yetərincə tanınmamasının əsas səbəbini nədə görürsünüz?
- Məsələyə başqa cür yanaşılmalıdır. "Azərbaycan filmlərinin hamısı beynəlxalq səviyyədə tanınmalıdır" deyə bir şərt yoxdur. Çəkilən filmlər, hansıki mövzusuna görə festivallar qəbul edir, həmin filmlər yetərincə dünyanın tanınmış A kateqoriyalı festivallarında yarışır və festival həyatını yaşayır. Beynəlxalq kino adamlarının da həmin filmlərdən xəbərləri olur. Məsələyə o cür yanaşaq ki, beynəlxalq festivallarda iştirak edən filmlərimiz azdır. Hər çəkilən film də festivallarda, müsabiqələrdə yaraşmır. Filmi istehsal edənlər əvvəlcədən onun xəttini müəyyənləşdirir. Onu da nəzərə almaq lazımdır ki, bizim ölkədə kino sənayesi də mövcüd deyil. Necə deyərlər, adda-budda film çəkilişləri olur. Tammetrajlı bədii filmlər isə çox az çəkilir. Bura kommersiya filmləri aid deyil.
- Zamanında qonşularımız olan gürcülərə bu sahədə uduzurduq. İndi vəziyyət necədir?
- Gürcülərə, ermənilərə zamanında uduzurduq?! Bu kəmiyyət baxımından olmayıb, keyfiyyət baxımından olub. Misal üçün, məncə, gürcülər bizdəki kimi sovxoz-kolxoz mövzularından bəhs edən filmlər istehsal etmədiyinə görə, mövzu seçiminə görə bizdən irəlidə görünüb. Sənətin bir dəyəri də imtinadır. Biz də təklif olunan dəyərsiz mövzuların istehsalından imtina olmayıb. Hər şeyi qəbullanmışıq. Məncə, indi də buna bənzər bir proses var.
- Niyə məhz "Biləsuvar" filmi? "Biləsuvar"ın özəlliyi nədir? Bu film haqqında danışmağınızı istərdim...
-"Biləsuvar" tammetrajlı bədii film Biləsuvar rayonundan bəhs etmir. Hadisələr məkan olaraq orada baş verir. Filmin rejissoru Elvin Adıgözəldir. Əsas prodüserlərindən biri mənəm. Filmin istehsalı 12 gün çəkib, necə deyərlər, həm də icraçı prodüserliyi də eləmişəm. Hər bir sənət filmi bir dövrü özündə əks etdirir.
"Biləsuvar" tammetrajlı bədii filmi də 2020-ci ilə qədər Azərbaycan rayonlarında olan ümumi vəziyyəti, orada yaşayan müxtəlif peşənin sahiblərinin çıxılmaz halını özündə əks etdirir. Yəni Biləsuvarın timsalında digər rayonların da vəziyyəti bu və ya digər şəkildə eynidir. Gələcəkdə Azərbaycan rayonlarının XXI əsrin əvvəllərindəki vəziyyəti araşdıranda bu filmə baxmaq kifayət edər. Elə buna görədir ki, bu ilin sonlarında Fransa Milli Kitabxanası "Biləsuvar" tammetrajlı bədii filmini öz arxivinə daxil edib.
Əzizə Hakverdi
MİA.AZ
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb