Biznesmenin həbsdən yeni çıxan oğlu kimə sətiraltı mesaj verir? - "Kim dost deyil, bunu açıq şəkildə gördük"

img

01-01-2025 [23:47]


Dövlətə vurdğu 8 milyonluq zərəri ödədikdən sonra azadlığa çıxan “AQA” Şirkətlər Qrupunun vitse-prezidenti Qafar Dəmirçi bu hadisədən sonra ilk dəfə paylaşım edib.

Mia.az xəbər verir ki, “Plazalar kralı” kimi tanınan Aydın Dəmirçnin oğlu olan Qafar Dəmirçi sətiraltın kimlərəsə meaj verib: “İlin sonu həm özüm, həm də ailəm üçün çətin sınaqlarla yadda qaldı. Ölkəmiz üçün də həssas bir dönəm oldu. Bu hadisələr bizə bir daha göstərdi ki, həmrəylik və birlik ən böyük gücdür. Kim dostdur, kim dost deyil, bunu açıq şəkildə gördük. Çətinliklər həm də güclü tərəfimizi ortaya çıxardı və ədalət uğrunda mübarizənin nə qədər vacib olduğunu bir daha xatırlatdı”

Qeyd edək ki, təxminən 20 gün əvvəl Qafar Dəmirçi Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərində müxtəlif növ ağacları qanunsuz kəsib. Buna gərə, ona qarşı Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ilkin ittiham elan edilib. Hadisədən sonra “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib, 8 milyonluq ziyanı ödəyib. Bunan sonra o, azadlığıa buraxılıb. Ancaq cinayət işinə hələ də xitam verilmədiyi haqda informasiyalar var.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR