Komitə sədri 44 min manatlıq şənlik keçirəcək - Nigar Həsənova qalib elan edilib

img

29-12-2024 [09:12]


Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tədbirin təşkili və keçirilməsi ilə bağlı elan etdiyi tenderin qalibi bəlli olub.

Mia.az-ın 32gün.az-a istinadla məlumatına görə, müsabiqənin qalibi "FACEMARK" MMC olub.

Tərəflər arasında 43.730,8 AZN-lik müqavilə bağlanacağı gözlənilir.

Müsabiqəyə əsasən Komitəyə Zalın və foyenin icarə haqqı(1), Kofe breyk, Brandwall(1), qələm, qovluq və s alınmalıdır.

Bildirək ki, "Facemark" MMC-nin qanuni təmsilçisi Nigar Həsənova Rövşən Qızıdır, nizamnamə kapitalı 10 AZN-dir.

Xatırldaq ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevdir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR