Ədliyyə Nazirliyi partiya funksionerlərinə Abdullah Öcalanla görüşə icazə verdi - Açıqlama

img

28-12-2024 [00:09]


Türkiyə Ədliyyə Nazirliyi DEM Partiyası üzvləri ilə İmralı adasında həbsdə cəzasını çəkən terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanın görüşünə icazə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədliyə Nazirliyi açıqlama verib.

Bildirilib ki, DEM partiyasının funksionerləri - deputat  Sırrı Süreyya Öndər və Pervin Buldan ya bu gün, ya sabah İmralıya yollanacaq: "Hava şəraiti imkan versə bu gün, verməsə sabah Öcalanla görüşəcəklər".

Məlumatda deyilir ki, onlar Öcalanla PKK terror təşkilatının buraxılması və barışığa çağırışı müzakirə edəcək.

Xatırladaq ki, bir neçə ay əvvəl MHP lideri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində Öcalana çağırış edib: "Gəlsin parlamentdə DEMP partiya fraksiyası deputatları qarşısında PKK-nın silahı yerə qoyduğunu elan eləsin. Bundan sonra böyük əfvdən yararlana bilər".

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:51 28.12.2024

Sabah yağış yağacaq