Azər Zahid və "tiktokerlər" haqda qərar verildi - SİYAHI (YENİLƏNİB)

img

26-12-2024 [17:51]


Azərbaycanda daha bir tiktoker həbs olunub.

Məlumata görə, tiktoker Zəhra Abbasova barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.

Z. Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub.

Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.

Bu gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib(Lent.az).

***

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının “TikTok” əməliyyatları nəticəsində saxlanılan daha iki nəfər həbs edilib.

Mia.az xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə "Vaqa" ləqəbli Vüqar Zeynalzadə və "Nuh" ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, dekabrın 25-də həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs ediliblər.

İstintaq tədbirləri davam etdirilir.

***

“TikTok”da əyləncə yarışları təşkil edən aparıcı Azər Zahid həbs edilib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkədə əxlaqsızlığın təbliğ edilməsi ilə bağlı saxlanılan Azərin cinayətləri ortaya çıxıb.

Polisdə aparılan istintaqla ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb.

Prokuror ağır cinayətlərdə təqsirləndirilən aparıcının həbsini istəyib. Təqdimata Nərimanov Rayon Məhkəməsində baxılıb. Hakim Gültəkin Əsədovanın qərarı ilə Azər Zahid barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, “TikTok” əməliyyatı ilə bağlı bir neçə nəfər saxlanılıb. 

Cinayət işinin istintaqı Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılır.

***

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi “TikTok” əməliyyatlarında saxlanılan 4 nəfər həbs edilib.

Məlumata görə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Cinayət işi üzrə həmin əməllərdə təqsirli olan Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları həbs olunublar.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın qərarı ilə onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri davam etdirilir.

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR