“Köhnə düşmən” hərəkətə keçir – General niyə qəfil üzə çıxdı? (TƏHLİL)
26-12-2024 [17:45]
Liviyanın şərqindəki silahlı qüvvələrin lideri Xəlifə Haftar yenidən aktivləşib.
Belə ki, o, “regionda baş verən təhlükəli dəyişiklikləri izləyirik və sayıqlığımızı qoruyuruq. Əldə etdiyimiz uğurları qorumağa da hazırıq” deyib.
Haftar “təhlükəli” olaraq xarakterizə etdiyi bu hadisələrin nədən ibarət olduğu barədə ətraflı məlumat verməyib. Lakin aydın məsələdir ki, onu narahat edən və özünü də “təhlükəli” olaraq xarakterizə etdiyi hadisə Suriyada Bəşər Əsədin devrilməsidir. Görünür, Haftar Əsəddən sonra sıranın özünə gələcəyini düşünür.
Xəlifə Haftar sonuncu dəfə 2020-ci ildə bu qədər aktivləşmişdi. Həmin il Haftarın başçılığı altında Liviya Milli Ordusunun hərbi paradı keçirilmişdi. Paradda Haftar Türkiyəni təhdid edib “Türk Ordusu ya öz istəyi ilə Liviyanı tərk etsin, ya da hərbi gücümüzlə onları çıxaracağıq” demişdi. Bundan sonra Türkiyənin həmin dövrdə müdafiə naziri olan Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər Liviyanın paytaxtı Tripoliyə səfər edərək Haftara gözdağı vermişdi.
Xəlifə Haftar Türkiyəyə həm nifrət edir, həm də çəkinir. Belə ki, Haftar ordusu 2019-cu ildə Liviyanın paytaxtı Tripolinin bir addımlığındaykən Türk ordusunun müdaxiləsindən sonra geri çəkilməyə məcbur olmuşdu. O vaxtdan bir daha X.Haftar hücuma, ya da hakimiyyəti ələ keçirməyə cəhd etmədi. Bununla belə, Liviyanın şərqi onun nəzarəti altındadır.
Aydın məsələdir ki, Türkiyə Yaxın Şərqdəki siyasi proseslərin əleyhinə dönməməsi üçün birbaşa müdaxilə etmək qərarına gəlib. Suriyada bunu uğurla etdi. Orada güclü və Ankaraya dost hökumət qurulub. Türkiyə Suriyadakı işləri tez bir zamanda həll etsə, üzünü başqa ölkələrə çevirər.
İndiki məqamda ən uyğun versiya Liviyadır. Ankaranın Liviyada yarımçıq qalan işi var. Digər tərəfdən, Xəlifə Haftarın illər sonra bu qədər narahat olması da Liviyanın qarışa biləcəyinə işarədir. Məntiqlə Ankaranın dəstəyi ilə “Heyət Təhrir əş-Şam” (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) bağlı sünni qruplar cəmi bir neçə günə Əsəd rejimini devirdisə, bənzər ssenari Liviyada da yaşana bilər. Onu da deyim ki, Xəlifə Haftar əvvəlki gücündə deyil və Ankaranın dəstəyi ilə Liviyanın qanuni hökuməti ona qalib gələ bilər.
Turan Rzayev
MİA.AZ
RƏSMİ TEHRAN ABŞ-a ÖZ ŞƏRTLƏRİNİ RƏSMƏN AÇIQLADI: "Əks halda müharibə davam edəcək"
“Qarabağ”ın qolkiperi komandadan ayrılır?
İranın yeni xəritəsi cızılır - Cənubi Azərbaycanın taleyi kürdlərin əlindədir? (TƏHLİL)
İranın qaz təsərrüaftı bombalanıb
Kolumbiyada təyyarə qəzası: 70 nəfər ölüb
Azərbaycan nefti 116 dollara qalxdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ceyhun Bayramovla İran XİN başçısı telefonda danışdı - "Xəzər dənizi bölgəsində təhlükəsizliyin təmin olunması və..."
Pensiya ilə bağlı mühim xəbər: İş stajı 25 ilə çatmayan şəxslər...
Si Cinpin Prezident İlham Əliyevə məktub ünvanlayıb
Ağdaşda 70 yaşlı qadın öldürülüb - Oğlu saxlanılıb (YENİLƏNİB)
İlham Əliyev Şamaxıda - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
İsrail Türkiyəni vuracaqmı? - Cavab Ərdoğandan gəldi
Prezident İlham Əliyev Şahbaz Şərifə məktub göndərib - MƏTN
ABŞ-da sərnişin təyyarəsi yanğınsöndürən maşınla toqquşdu - Çoxlu ölü və yaralı var (FOTOLAR)
Sahibə Qafqarova II İlyanın dəfn mərasimində iştirak edib - FOTOLAR
TRAMP NATO-nu TƏNQİD ETDİ, İRANIN MƏHV EDİLƏCƏYİNİ DEDİ: "Hər şey yaxşı ssenari ilə davam edəcək"
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb