Ərdoğandan minimum əmək haqqına ilk reaksiya: "Xeyirli olsun"

img

25-12-2024 [18:02]


Dünən Türkiyədə minimum maaşın 22104 lirəyə (627 dollar) qaldırılmasına dövlət başçısı Ərdoğan tərəfindən ilk münasibət bildirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə o, sosial media hesabında yazıb.

Prezident Ərdoğan yeni minimum əmək haqqının 30 faiz artırıldığını qeyd edib: "Bununla da minimum maaş 22104 lirə oldu. Ölkə və millət üçün xeyirli olsun!".

Xatırladaq ki, Ərdoğan bu gün partiyasını təömsil edən deputatlarla görüşdən çıxanda jurnalistlərdən biri "Cənab prezident, sizin minimum maaşın bir az da artırılması barədə əlavə qərar verəcəyiniz deyilir. Bu, doğrudur?", -sualını cavabsız buraxıb.

Lamiyə Əhmədli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR