Baş prokurorluqda qəza faktı ilə bağlı cinayət işi açılıb - Açıqlama
25-12-2024 [13:17]
Azərbaycan Respublikasının Baş Prokurorluğunda Aktauda AZAL-a məxsus təyyarə qəzası ilə bağlı cinayət işi açıb.
Baş prokurorluğun mətbuat xidmətindən Mia.az-a bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
Cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.
Qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.
Azərbaycan Respublikasının Baş Prokurorluğu təyyarə qəzası nəticəsində həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmasını arzulayır.
Jurnalist Barış Terkoğlu saxlanılıb
Rəsmi Moskva: "ABŞ-dan göndərilən sülh planını təhlil edirik"
Karen Avanesyana hökm oxunub
Ağdam şəhərinə 308 nəfər köçürülüb (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Gələn il kommunal xidmətlər qalxacaq? - Açıqlama
Dekabr ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
Səidə Bəkirqızı "Space TV" ilə yollarını ayırıb
"Xətaidə ağaclar gecə saatlarında yandırılaraq yox edilir" - Deputat sakinlərin problemlərini dinlədi və....
"Fənərbağça" prezidenti sərbəst buraxıldı - 2 saatlıq ifadə və 20 dəqiqəlik məhkəmə qərarı ilə
"Fənərbağça", "Beşiktaş" və "Antalyaspor" cəzalandırılacaq
"Yeni Malatyaspor" mövsüm bitmədən liqadan "yuvarlandı"
Oqtay Əsədovun qızı vəfat edib
Silah alveri edən cinayətkar dəstənin üzvləri tutulub
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
PREZİDENT DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ - 5 illik
Bakıda beşmərtəbəli yataqxanada yanğın olub (Yenilənib)
Bibiheybət yolunda maşınların hərəkəti məhdudlaşdırılacaq - Açıqlama
"Balaca Heydərin iki oğlu var" - Prezident İlham Əliyev (VİDEO)
Mərkəzi Bank: "Poblemli kreditlər artıb"
Bakıda yağış, rayonlarda qar yağacaq - Sabahın hava proqnozu
İsrail Livanın cənubuna bir maşıənı vurub
Eyyubov qardaşlarının dəbdəbəli biznesi – FOTO
Ankarada qəzaya uğrayan təyyarənin pilotunun son sözü nə olub? - Detallar açıqlanır
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Siyəzəndə avtomobil yanıb, iki uşaq ölüb
Mehriban Əliyevadan təyyarə qəzasıyla bağlı paylaşım - FOTO
Yenilənmiş 50 manatlıq kağız pul nişanları tədavülə buraxılır - Yeni sədrin imzasıyla
Afrika Millətlər Kuboku: hansı komandalar qalib gəlib?
Ankarada FETÖ üzvləri tutulub
İstanbulda əməliyyat: terrora hazırlaşan 115 İŞİD üzvü saxlanılıb
Prezident bir il əvvəl qəzaya uğrayan AZAL-ın təyyarəsi ilə bağlı paylaşım etdi - FOTO
Azərbaycanın valyuta ehtiyatları artıb - 84 milyard dolları ötüb
Azərbaycan nefti bahalaşdı
QARABAĞA KÖÇ DAVAM EDİR
CHP lideri İstanbulda mitinqdə xalqı küçələrə çağırdı: "Hamınızı meydanlara, dirənməyə səsləyirəm"
ABŞ avropalı rəsmilərə viza qadağası qoyub - Avropa Parlamentinin prezidenti etiraz etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR