BAKIDAN UÇAN TƏYYARƏ AKTAUDA QƏZAYA DÜŞÜB: ağır yaralı və ölənlər var - "Qara qutu" tapılıb (VİDEO, Yenilənib)
25-12-2024 [22:54]
“Azərbaycan Hava Yolları”nın təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirən sərnişinlərin və ekipaj üzvlərinin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək.
Mia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin birgə məlumatında deyilir.
Eyni zamanda, xəsarət alanların AZAL-ın xüsusi reysi ilə ölkəyə gətirilməsi planlaşdırılır. Xəsarət almış sərnişinlər həkim rəyləri əsasında sağlamlıq vəziyyəti imkan verdiyi halda sözügedən reyslə Bakıya çatdırılacaqlar.
Bununla bağlı Azərbaycanın və Qazaxıstanın aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər görülür.
***
AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasından sonra 14 Azərbaycan, 9 Rusiya və 3 Qırğızıstan vətəndaşı sağ qalıb.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.
“Göyərtədə 37 Azərbaycan vətəndaşı olub – 23-ü ölüb, 14-ü sağ qalıb, 16 Rusiya vətəndaşı olub – 7-si ölüb, 9-u sağ qalıb, Qırğızıstan vətəndaşlarının hər üçü sağ qalıb, təəssüf ki, Qazaxıstandan olan 6 sərnişinin hamısı ölüb”, - Karabayev Aktauda keçirdiyi brifinqdə deyib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Son məlumata görə, təyyarə qəzasından 32 nəfər sağ çıxıb.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
***
Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nəqliyyat prokuroru Timur Suleymenov bildirib.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub.
Hadisə ilə bağlı Azərbaycanda dekabrın 26-sı matəm günü elan edilib.
***
Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə qəzasında Bakı-Qroznı reysinin 29 sərnişini xəsarət alıb.
Mia.az xəbər verir ki, siyahıda 14 Azərbaycan vətəndaşı, 8 rusiyalı (birinin yaşı və soyadı hələ məlum deyil), 3 Qırğızıstan vətəndaşı var.
Üç nəfərin vətəndaşlığı müəyyən edilməyib, onlardan bir kişi və bir qadının şəxsiyyəti də müəyyən edilməyib, 11 yaşlı qız isə Çeçenistanəsilli olsa da, Almaniyada yaşayır.
Xəsarət alan sərnişinlərin siyahısı aşağıda göstərilib:
№ |
S.A.A. |
Doğum tarixi |
Vətəndaşlıq |
1 |
Asanov Rinat |
03.11.2004 |
Qırğızıstan |
2 |
Osmonov Tilek |
20.08.1998 |
Qırğızıstan |
3 |
Cunuşualiyev Erlan |
04.07.1988 |
Qırğızıstan |
4 |
Yevsteqneyeva Kristina |
30.07.1990 |
Rusiya |
5 |
Bayramzadə Ayxan |
28.03.2004 |
Azərbaycan |
6 |
Əliyev Zamin |
05.06.1998 |
Azərbaycan |
7 |
Jalepov Nizamin |
01.09.2007 |
Azərbaycan |
8 |
Mamedov Zaur |
07.02.1988 |
Rusiya |
9 |
Sirakov Nurullah |
17.03.1953 |
Azərbaycan |
10 |
Arısbayeva Mədinə |
06.02.1980 |
Çeçenistan Respublikası |
11 |
Əsədov Zülfiqar |
15.08.1967 |
Azərbaycan |
12 |
Biseneyeva Cəmilə |
1970-ci il təvəllüdlü |
Rusiya |
13 |
Qarayev Mahir |
07.06.1988 |
Azərbaycan |
14 |
Seydaxmatova Medina |
1975-ci il təvəllüdlü |
Rusiya |
15 |
Qədirov Heydər |
28.05.1978 |
Azərbaycan |
16 |
Razelini Aydar |
20.09.1999 |
Azərbaycan |
17 |
Ediyev Uais |
15.09.1969 |
Rusiya |
18 |
Azoy adlı naməlum şəxs |
- |
Rusiya |
19 |
Caparov Torqu |
26.04.1992 |
Rusiya |
20 |
Derejiyev Tovil |
09.01.1959 |
Azərbaycan |
21 |
Dervişov Samir |
12.03.1986 |
Azərbaycan |
22 |
Paraxov Məhəmməd |
05.03.2005 |
Azərbaycan |
23 |
Şabanova Vəfa |
26.01.1981 |
Azərbaycan |
24 |
Leyla adlı naməlum şəxs |
1996-ci il təvəllüdlü |
Azərbaycan |
25 |
Rəhimov Subhonnul |
30.10.1976 |
Rusiya |
26 |
Naməlum Qadın |
1992-ci il təvəllüdlü |
Şəxsiyyət dəqiqləşdirilir |
27 |
Azibi adlı naməlum kişi |
- |
Şəxsiyyət dəqiqləşdirilir |
28 |
Arsbayeva Ceyran |
13.08.2013 |
Almaniyada yaşayır, vətəndaşlığı bilinmir. milliyəti - çeçen. |
29 |
Ceerova Səlihət |
22.01.2008 |
Azərbaycan |
***
"25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzanın səbəbləri araşdırılır".
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN təyyarə qəzası ilə bağlı məlumat yayıb.
Bildirilib ki, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub: "İlkin məlumata əsasən, 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb.
Qəza ilə əlaqədar ilk andan Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğuhadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür".
***
"Son məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarədən 32 nəfər sağ çıxıb".
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov brifinqdə deyib.
O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir: "Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır".
***
Qazaxıstanda AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması nəticəsində uçuş ekipajı həlak olub.
Mia.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, qəzada hər iki pilot həlak olub.
***
AZAL Aktauda qəzaya uğrayan təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Mia.az AZAL-a istinadən xəbər verir ki, J2-8243 nömrəli Bakı-Qroznı reysində aaöıda adları yazılan sərnişinlər olub:
1. Ağayev Ramin
2. Əhmədov Rəşad
3. Əlimirzəyeva Xədicə
4. Əlimirzoyev Əli
5. Əliyev Zamin İdris
6. Anqbazova Maleyka
7. Arsbayeva Ceyran
8. Arsbayeva Madina
9. Asanov Rinat
10. Atsayeva Zaira
11. Babayev Anar
12. Bayramova Leyla
13. Bayramzadə Ayhan
14. Bislieva Cəmilə
15. Devrişov Samir
16. Devrişov Tofik
17. Cünüşaliyev Erlan
18. Ediev Uvais
19. Eqanov Məhəmmədəli
20. Evstiqneeva Kristin
21. Filiyev Ramazan
22. Qədirov Heydər
23. Qistarov İbrahim
24. Qistarov Rəşid
25. Qoqamova Möminat
26. Qurbaxov Həmzət
27. İandarov Arbi
28. İbrahimov Ramin
29. İgidova Nərminə
30. İsmayılov İsmayıl
31. İsmayılov Həbib
32. Cəfərov Toğrul
33. Cəlilov Nizami
34. Carayev Arif
35. Carayev Hacibrahim
36. Carayev Mahir
37. Ceerov Xızrı
38. Ceerova Salihət
39. Cüməqulov Bauyrcan
40. Cütayeva Salima
41. Xalayeva Hafisət
42. Kostiyev İbrahimxan
43. Maxsudova Qalina
44. Məmedov Zaur
45. Mehdiev Yadigar
46. Mustafayev Faiq
47. Omarova Leyla
48. Osmonov Tilek
49. Papaxov Mahəmməd
50. Rəximov Subxonkul
51. Sadıqov Qoşqar
52. Səidullayev Zinatul
53. Şabanova Vafa
54. Şaimərdanova Qauk
55. Siracov Nurullah
56. Siracova Müslimat
57. Tuleşsinov Sandibek
58. Tutunçiyev Mahmud
59. Ubaev Arbi
60. Yeznayeva Rana
61. Cəməlullail Medin
62. Cumaqat Eldar
***
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin kimliyini açıqlayıb:
1. Kşnyakin İqor
2. Kalyaninov Aleksandr
3. Əliyeva Hökümə
4. Əsadov Zülfüqar
5. Rəhimli Aydan
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
Qazaxıstanda qəzaya uğraya Azərbaycan t\əyyarəsindən 28 nəfər xials olunub.
Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Məluimata görə, 4 nəfrin meyiti çıxarılıb.
***
Qəzaya düşən təyyarədəkilərdən 25 nəfər xilas olunaraq xəstəxanaya yerləşdirilib.
Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan FHN məlumat yayıb.
Bununla yanaşı, Qazaxıstan FHN yaralılar və həlak olanlar barədə məlumat əldə etmək üçün qaynar xətlər açıb:
87172-55-96-21
8-7292-31-90-91
***
Qazaxıstan rəsmi dairələri təyyarədəki sərnişinlərin 37-nin Azərbaycan, 16-nın Rusiya, qalanının isə Qırğısıstan və digər ölkələrin vətəndaşları olduğunu bildiriblər mənbələri qəzanın videosunu yayıb.
Mia.az xəbər verir ki, 67 sərnişinin olduğu qəza ilə bağlı araşdırma gedir.
İlkin məlumata görə, duman səbəbi ilə Qroznoya gedə bilməyib.
Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib ki, 12 nəfər ağır yaralı xilas olunub, onlardan biri uşaqdır.
***
Kazinform"un məlumatına görə, AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğradığı yerdən 12 nəfər müxtəlif xəsarətlərlə Manqistau vilayət xəstəxanasına çatdırılıb.
***
Qazaxıstan mənbələri qəzanın videosunu yayıb.
Mia.az xəbər verir ki, videodan görünür ki, qəza enişi zamanı təyyarə partlayıb.
Bildirilib ki, qəzadan 6 sərnişin ağır yaralı qurtulub.
Digərləri haqda məlumat verilmir.
***
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək.
Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.
Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.
***
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.
Mia.az AZAL-a istinadla xəbər verir ki, hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Məlumata görə, Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Qeyd olunur ki, təyyarə AZAL-a məxsusdur.
İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Əli Əsədov sertifikatlaşdırma qaydasına dəyişiklik edib - Qərar
“Palmali Holding”də həlak olanların xatirəsi yad edilib
Azər Zahid və "tiktokerlər" haqda qərar verildi - SİYAHI (YENİLƏNİB)
Bakıya yağış, rayonlara qar yağacaq - Bu tarixlərdə
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə + VİDEO
FHN: "Qəzada həlak olan 10 nəfərin meyiti müəyyən edilib"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QRNOZNIYA UÇAN TƏYYARƏNİ RUSİYA VURUB - "Pantsir-S" HHM-LƏ
Cenk Tosun: ""Fənərbağça"dan ayrılamaq niyyətində deyiləm"
Meyxanaçı Balaəlinin sürücülük hüququ geri alınacaq?
İstanbul boğazı bağlanıb - Rusiyaya gedən gəmiyə görə
BƏƏ Prezidenti İlham Əliyevə başsağlığı verib
Şahbaz Şərif İlham Əliyevə məktub göndərib - MƏTN
Gürcüstan XİN başçısı Ceyun Bayramova zəng edib - Müzakirə
QƏZADA HƏLAK OLANLARIN ADLARI AÇIQLANDI - Siyahı
Şavkat Mirziyoyev Azərbaycan prezidentinə zəng edib
İran prezidenti İlham Əliyevə zəng edib
Ərdoğanı təhqir edən şəxs sərbəst buraxılan kimi yenə eyni paylaşımı təkrarladı - Yenidən həbs olundu
Bələdiyyə seçkiləri: təşviqat materialları üçün yerlər nə vaxt müəyyənləşdiriləcək?
Əli Əsədov qazaxıstanlı həmkarı ilə danışdı - Qəza ilə bağlı birgə istintaqın gedişi müzakirə olunub
Müdafiə Nazirliyi: "Son bir həftədə 62 terrorçu zərərsizləşdirilib"
İnnovasiya və Təchizat Mərkəzində daha bir maraqlı tender: 7.8 milyonluq tender kimə verildi?
Hakimi təhqir edən futbolçular cəzalandırılıb
Sabahın hava proqnozu açıqlandı
Elm və Təhsil Nazirliyində daha bir şübhəli tender: 3.8 milyonluq təmir işləri harada aparılacaq?
Bağdada təyyarə reysi təxirə salınıb - Türkiyədən
Avstraliyada 66 min kektar meşə yanıb - 8 gündür davam edən yanğını söndürmək mümkün olmayıb
Özbəkistanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Kerem Aktürkoğlu nişanlanıb - FOTOLAR
Murat Nurtleu Ceyhun Bayramova zəng edib - Nələr müzakirə olunub?
Xəzər dənizində yenə zəlzələ olub
Mərkəzi Bank iki sığorta agentinin lisenziyasını ləğv edib
"Yaponiya Hava Yolları"na kiberhücum: uçuşlar təxirə salınıb
Sağ qalan bələdçi Aydanın xəstəxanadan görüntüləri - VİDEO
Terim Səudiyyə Ərəbistanı komandasının başına keçir? - "Yaxın günlərdə müqavilə imzalanacaq"
Qəzzada TV maşınına atəş açılıb - 5 jurnalist həlak olub
24 partiya birgə bəyanat yaydı - MƏTN/SİYAHI
Azərbaycan Evində xatirə guşəsi yaradılıb - Salzburgda (FOTOLAR)
Təyyarə qəzası: ölənlərdən ikisi qusarlı bacı-qardaşdır
Təranə Səmədova şikayətini geri götürdü