Husilər İsrailə meydan oxudu: "Biz heç vaxt dayanmayacağıq" - "Netanyahu öyrənəcək ki..."

img

24-12-2024 [11:26]


Yəməndə İranın dəstəyi altında olan Husilər İsrailə meydan oxuyub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Huusilərin Siyasi Bürosunun üzvü Hezam Əl-Əsəd bu barədə bəyanat yayıb.

O, İsrailə son raket hücumu ilə bağlı bildirib ki, Qəzza xalqına qarşı hücumlar bitənə qədər onlar dayanmayacaq.

İsrail hökumətinə müraciət edən Əl-Əsəd daha sonra deyib: "Netanyahu öyrənəcək ki, onun yeni Yaxın Şərq xəyalı özünə və təmsil etdiyi hökumətə əlavə yük olmaqdan başqa heç nəyə xidmət etmir".

Xatırladaq ki, Yəməndə İranın dəstəklədiyi husilər ötən gün İsrailə uzaqmənzilli raketlərlə zərbələr endiriblər. 

Tahir Şəlvəli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR