İsrail ordusu İordan çayının qərb sahilində növbəti əməliyyat keçirib - Saxlanılanlar var

img

26-12-2024 [09:09]


Bu gün İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində - Nablus və Ramallahıda yeni əməliyyatlar keçirib

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı bəyanat yayıb.

Bildirilib ki, İsrail xüsusi təyinatlılarının Nablus şəhərinin Əl-Ayn qəsəbəsində keçirdiyi reydə yerli fələstinlilər müqavimət göstəriblər: "Bu səbəbdən gərginlik daha da böyüyüb. İsrail qüvvələri həqiqi güllələrdən, gözyaşardıcı qaz bombalarından istinfadə etməklə etirazçıları dağırtmağa çalışıb. Burada həbslər olmasa da, Ramallahın cənubundakı əl-Emari Qaçqınlar Düşərgəsinə fələstinlinin müqavimətinə rəğmən, 3 nəfər saxlanılıb. Onlar naməlum istiqamətə aparılıblar".

Fələstin Qızıl Aypara Cəmiyyəti isə Nablusda 3 fələstinlinin güllə yarası aldığını bəyan edib.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR