Veysəloğlu Şirkətlər Qrupu “V-FEST 2024” adlı 30 illik yubiley və Yeni il tədbirini keçirib - FOTOLAR
23-12-2024 [21:48]
Veysəloğlu Şirkətlər Qrupu 30 illik yubileyi ilə bağlı silsilə festival tədbirlərinin sonuncusunu, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramını paytaxtın tanınmış idman-konsert kompleksi olan “Baku Crystal Hall”da qeyd edib.
Mia.az-ın məlumatılna əsasən, tədbir şirkət əməkdaşları, onların ailə üzvləri, dəvət edilmiş qonaqlar və media nümayəndələri ilə birgə baş tutub. Dekabrın 22-si saat 12:00-da başlayan və gecə saatlarına qədər davam edən təntənəli yubiley mərasimi öz möhtəşəmliyi ilə yadda qalıb.
Tədbirdə Veysəloğlu Şirkətlər Qrupunun 30 il ərzində keçdiyi inkişaf yolu və bu istiqamətdə dövlətin yaratdığı münbit şəraitdən bəhs edilib. Eyni zamanda Ümummilli Lider Heydər Əliyev və onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin iqtisadiyyat və biznes subyektlərinin ictimai məsuliyyəti ilə bağlı səsləndirdikləri dəyərli fikirlərə xüsusi diqqət çəkilib. Qeyd olunub ki, Veysəloğlunun böyük bir biznes subyektinə çevrilməsində dövlət-özəl sektor tərəfdaşlığının xüsusi rolu var.
Aparıcılar, Şirkətlər Qrupunun təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun “V-FEST 2024” adlı tədbirdə iştirak etdiyini bildirərək sözü çıxış üçün ona veriblər. Şirkət rəhbəri qonaqları salamladıqdan sonra rəhbəri olduğu kollektivə səmimi təbriklərini çatdırıb və 30 illik uğur tarixçəsindən danışıb. Çıxışında xüsusi vurğulayıb ki, şirkətin inkişafını təmin edən əsas amillər dövlətin yaratdığı lazımi şərait və dövrün tələbləri ilə ayaqlaşmağı bacaran kollektiv üzvləridir. Buna görə də, Aydın Talıbov ölkə rəhbərliyinə və şirkətin inkişafına töhfə verən hər kəsə minnətdarlığını bildirib.
Aydın Talıbov çıxışında “Veysəloğlu”nun Azərbaycan üçün əhəmiyyətini də qeyd edib. Bildirib ki, ölkə rəhbərliyinin sahibkarlığa göstərdiyi diqqət və qayğı bu Şirkətlər Qrupunu da əhatə edib. Onun sözlərinə görə, bu özəl qurumun uğurlu fəaliyyəti və ölkənin sosial-iqtisadi həyatına verdiyi töhfələr dövlətin sahibkarlığa verdiyi yüksək qiymətin bariz nümunəsidir.
Qeyd edək ki, tədbirdə ailə üzvləri ilə iştirak edən qonaqlar müxtəlif çeşidli yeməklərdən dadaraq, respublikanın tanınmış estrada ulduzlarının və rəqs ansambllarının təşkil etdiyi yaddaqalan konsert proqramını izləyiblər.
Tədbirin sonunda Veysəloğlunun əməkdaşı olan iştirakçılar (rəhbər heyətdə çalışanlar istisna olmaqla) minik avtomobili və digər qiymətli hədiyyələr üzrə keçirilən lotereyada bəxtlərini sınayıblar. Bununla da, Veysəloğlu qaliblərə həmişəlik yadda qalacaq uduş sevinci bəxş edib. Daha sonra Aydın Talıbov xüsusi tortu kəsərək tədbirdə iştirak edən hər kəsə minnətdarlığını ifadə edib.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb