SƏHİYYƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYAT: saxlanılanlar var (YENİLƏNİB)

img

24-12-2024 [09:42]


Bu dəqiqələrdə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilir.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar var.

Bildirilir ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksək vəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Əlavə məlumat veriləcək.

***

Hüquq-mühafizə orqanlarının bu gün Səhiyyə Nazirliyində keçirdiyi əməliyyatla bağlı yeni detallar üzə çıxıb.

Mia.az Bakupost.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb. Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Səidə Rüstəmovanın adı son günlərdə saxta sertifikat məsələsində gündəmə gəlmişdi.

***

Xəbər verdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Səhiyyə Nazirliyində əməliyyat həyata keçirilib.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçirilmiş əməliyyat və aparılan araşdırma çərçivəsində plastik cərrah kimi fəaliyyət göstərmiş Sevinc Heydərova, Vüsal Abdullayev, Elçin Zadanov və Rəfiqə Kərimli saxlanılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR