Daha beş kriminal dəstəyə qarşı əməliyyat: 24 nəfər həbs olunub - "Nəfəslərini kəsəcəyik"

img

20-12-2024 [10:22]


Türkiyəyədə kriminal dəstələrə qarşı mübarizə davam edir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açıqlama verib.

O bildirib ki, son 2 həftədə 5 müxtəlif mütəşəkkil cinayətlar dəstə üzvlərinə qarşı uğurlu əməliyyat keçirilib: "İstanbul, Ərzurum, Kırklareli, Mnaissa və Muğla keçiirlən əməliyyatla 38 nəfərə saxlanılıb. Onlardan 24-ü haqda həbs tədbiri seçilib. Tutulanlar arasında Manisada E.K, Ərzurumda M.T, Muğlada T.K. adlı dəstə liderləri də var. Onlar cinayət törətmək üçün təşkilat yaratmaq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, miqrant alveri, informasiya texnologiyaları vasitəsilə fırıldaqçılıq, oğurluq və şirkli pulların yuyulmasında ittiham olunurlar".

Nazir bildirib ki, cinayətkar dəstəyə məxsus 4 lüks avtomobillə yanaşı, sənədsiz tapançalar, ov tüfəngləri, çoxlu kəsici/deşici alətlər, müxtəlif miqdarda narkotik və ləvazimatlar, külli miqdarda xarici valyuta və türk lirəsinə "əl qoyulub": "Hər kıs bilsin ki, türkiyədə belə dəsətlərə yer yoxdur. Mütəşəkkil cinayətkar qrupların artıq nəfəsləri kəsilib, kəsilməkdə də davam edəcək"

Firudin Səfərli
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR