Xalq artisti Ağadadaş Ağayevin məhkəməsi təxirə salınıb - "Səhhəti pisləşib"
17-12-2024 [17:55]
Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.
Mia.az Musavat.com-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyev sədrlik etdiyi proses Ağadadaş Ağayevin sağlıq durumu ilə bağlı prosesə qatılmaması səbəbindən baş tutmayıb.
Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə - silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İş üzrə 2 zərərçəkmiş şəxs tanınıb. Bu şəxslər “MedEra Hospital”ın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilovdur.
Ötən prosesdə təqsirləndirilən Ağadadaş Ağayev sərbəst ifadə verib, prokurorun, zərərçəkən və hakimin suallarını cavablandırıb.
Ağadadaş Ağayev məhkəmədə qalmaqallı ifadə verib, mühafizəçi Nurəddin Cəlilova ardıcıl hücumları zamanı əlində olan baltanın oyuncaq olmasını sübut etməyə çalışıb.
“Onun adı baltadır, əslində balta deyil!” “O, ət baltası deyil, oyuncaqdır” deyə Ağadadaş Ağayev bildirib. O, zərərçəkənlər Nurəddin Cəlilovun və Nəzakət Paşayevanın xanım vəkillərinin hadisənin baş vermə səbəblərinin ortaya çıxarılmasına xidmət edən suallarına cavab verməkdən yayınıb.
“Sən mənə sual verə bilməzsən!” “Bu, nə suallardır mənə verir? İçki içirsən, içmirsən? Ara adamı kimi suallar verir. Dombalaq aşırsan, aşmırsan...” şəklində, olduqca aqressiv tonda cavab verməklə, vəkilləri “savadsız” adlandırmaqla diqqət çəkib.
Vəkillər Ağadadaş Ağayevin aqressiv tonunun psixoloji durumundan qaynaqlana biləcəyini əsas gətirməklə növbəti proseslərdə onun məhkəmə-psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət verəcəklərini istisna etməyiblər.
Yada salaq ki, məhkəmənin ilk iclasında zərərçəkmiş Nurəddin Cəlilovun vəkili vəsatətlə çıxış edərək təqsirləndirilən şəxsin əməlində daha ağır əməlin əlamətləri mövcud olduğunu deyib.
Onun sözlərinə görə, əməldə 29,120.2.2- ci (qəsdən xuliqanlıq niyyəti adam öldürməyə cəhd) və 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddələri ilə ittihamın əlamətləri var, baltanı zərərçəkmişə tərəf atması istintaq sənədləri ilə sübuta yetirilib:
“Zərərçəkmiş şəxs bu barədə istintaq zamanı vəsatət verib. Amma vəsatət təmin edilməməklə zərərçəkmiş şəxsin hüququ pozulub. Biz işin ibtidai istintaqa qaytarılmasını istəyirik”.
Vəkil Ağadadaş Ağayevin barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəsə də, dövlət ittihamçısı qətimkan tədbirinin dəyişdirilməsi üçün əsasların olmadığını demişdi. Hakim vəsatəti təmin etməyib.
Məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır.
Tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilən cinayət işi də məhz budur. Bu il oktyabrın 31-nə təyin olunan məhkəmənin hazırlıq iclasına Ağadadaş Ağayev qatılmamışdı. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir. Hazırda Nurəddin Cəlilovun cinayət işi üzrə istintaq davam edir.
Qeyd edək ki, Xalq artisti Ağadadaş Ağayevin müttəhim statusunda olduğu cinayət dosyesi üzrə tərəflər ibtidai istintaq zamanı 1 dəfə üzləşdiriliblər. Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baş tutan və 1 saata yaxın davam edən üzləşdirmədə Ağadadaş Ağayev baltalı hücumu ilə bağlı inkarçı mövqe tutub, mühafizəçiyə atdığı baltanı “məişət əşyası” adlandırıb, baş verənlərdə məsuliyyəti Nurəddin Cəlilovun üstünə atmağa çalışıb.
Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib.
Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.
Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti ötən müddət ərzində reaksiya verməyib. Ağadadaş Ağayevin vəkili Şəfa Camalzadə isə müvəkkilinin ona uzanan barışıq əlini sıxıb-sıxmayacağına aydınlıq gətirməyib. İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.
Nurəddin Cəlilov Musavat.com-un əməkdaşına deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:
“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermirdim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı. Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı”.
Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb:
“Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”
Ağadadaş Ağayevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
İttiham təsdiqlənərsə, müttəhim 2 ildən 5 ilə kimi azadlıqdan məhrum edilə bilər.
Məhkəmə prosesi 8 yanvar, 2025-ci ilə kimi təxirə salınıb.
İsrail xəstəxananı bombalayıb - Generatorlar, su çənlərini və oksigen şəbəkəsi sıradan çıxarılıb
İranda enerji təchizatında problemlər yaranıb - Məsud Pezeşkian əhaliyə müraciət edib
Cevdet Yılmaz: "İsrailin hərəkətləri özbaşınalıqdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyənin bəzi bölgələrində məktəblər bağlanıb - Qara görə
Əli Əsədov qərar imzalayıb
Premyer Liqanın 100 illik klubunun prezidentindən şok addım - Baş məşqçi və bütün futbolçuları qovdu
Əsədi devirən müxaliflər hərbçi "erotik qadın"ı axtarır: "Onu təcili tapın!" - FOTO
Türkiyə-Azərbaycan "tranzit keçid sənədi" kvotası artırılıb - "İki ölkə arasında ixracın 81 faizi quru yolla həyata keçirilir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP PUTİNƏ GÜZƏŞT EDƏCƏK? - Ukrayna torpaqlarından imtina yeni tendensiyalara yol aça bilər - TƏHLİL
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Tibb bacıları 410, ginekoloqlar 3300 manat maaş alır
DEPUTATLAR TOPLANIR: 11 qanun dəyişir - SİYAHI
Elza Seyidcahan: "Həcılarım məni qoruyur"
"Qalatasaray" daha bir məşhur fuitbolçunu transfer edir? - Açıqlama
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti zərərlə işləyib - Bir ilə 226,293 milyon manat
Kərim Vəliyev Türkiyə ordusunun generalı ilə müzkirədə - VDİEO
Professor Şirməmməd Hüseynovun 100 illik yubileyi qeyd olunub
İlham Əliyev Tatarıstan liderinə orden verdi - FOTOLAR (Yenilənib)
"Abzas Media" işi: 7 jurnalist hakm qarşısına çıxarılıb
TÜRKİYƏ SURİYA SƏRHƏDİNƏ BÖYÜK GÜC TOPLAYIR: "Hər an genişmiqyaslı hücum başlaya bilər" - ABŞ SOS verdi
Azərbaycanda əhalinin sayı artıb
Qarabağda tutulan separatçılarının cinayət işi məhkəməyə göndərildi - Prokurorluq açıqlama yaydı
Tosun "Fənərbağça"dan ayrılır - Volkan Dəmirəl hücumçuya "gəl" dedi
Məşhur biznesmen oğlunun həbsi barədə suala belə cavab verdi: "İndi gərginlikdəyəm..."
Türkiyədə 7 şəhərdə FETÖ əməliyyatı: ekspertlər tutulub
Gəncədə sursat partlayıb, ölən var
"Financial Times": "Türkiyə Suriyanın ən güclü regional aktorudur"
Milanda küçədə siqaret çəkmək qadağan ediləcək - Yeni ildən
Avropa İttifaqı Gürcüstanın diplomatik pasport sahiblərinə sanksiya tətbiq edəcək? - SİYAHI
Maliyyə və mədəniyyət bir arada akart yeni dizaynlarını təqdim edir
Saxta yaxta kirayəsi dələduzluğu: 23 yaşlı qız da tutulub (FOTO)
Bir qrup hərbi vəzifəli təlimə cəlb olunub - VİDEO
İsrail Qəzzada daha bir evi vurub - Azı 10 nəfər ölüb
Sabah qar yağacaq
Bakı Mühəndislik Universiteti reytinq təşkilatlarına "xod" axtarır - 135 min manat xərclənəcək
İraq və Suriyanın şimalında daha 6 terrorçu zərərsizləşdirilib
Biri nazirin, digəri ADY sədrinin köməkçisi... - MÜŞAVİRLƏR EVLƏNDİ