Abşeron sakininin maşından güllələnmiş meyit tapılıb

img

17-12-2024 [11:02]


Bakıda avtomobildən üzərində güllə xəsarətləri olan meyit tapılıb.

Mia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə dünən saat 21 radələrində Binəqədi rayonu Goradil qəsəbəsi ərazisində dəniz sahilində baş verib.

Belə ki, Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Yalçın Xanış oğlu Cəfərovun “Honda” markalı avtomobilində üzərində güllə xəsarətləri olan meyiti tapılıb. Hadisə yerindən 1 ədəd nömrəsi silinmiş ov tüfəngi aşkar edilib.

İlkin araşdırmalarla Y.Cəfərovun maşında özünü güllələyərək intihar etməsi məlum olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR